Ustad şairin tükənməz söz çeşməsindən
Tarix: 07.10.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə «Şəhriyarın söz çeşməsi» mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov Məhəmməd Hüseyn Şəhriyarın nəinki XX əsr Azərbaycan və Yaxın Şərq poeziyasının, bütövlükdə dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğuladı. Rektor ustad Şəhriyarın yaradıcılığının tədqiqinin və təbliğinin əhəmiyyətindən bəhs etdi. Görkəmli şairin yaradıcılığına aid videoçarxın nümayişindən sonra İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Məhəmməd Təqi Məhəmməd Əli ustad Şəhriyarı dünya şöhrətli şair kimi tanıdan çoxcəhətli yaradıcılığından bəhs etdi.
İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzinin rəisi Əli Əkbər Talibi Mətin Məhəmməd Hüseyn Şəhriyarı türkdilli və farsdilli poeziyanın zirvəsində dayanan şair kimi dəyərləndirir.
Konfransda Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, dosent, şair Xanəli Kərimli “Şəhriyarın “Heydərbabaya salam” əsərində milli adət-ənənələrin təcəssümü”, Poldəşt Pəyame Nur Universitetinin rektoru Höccətullah Qəhrəmani “Şəhriyarın şeirində vəzn və musiqi”, Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı kafedrasının professoru, əməkdar elm xadimi Hüseyn Həşimli “Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığında sənətkarlıq xüsusiyyətləri”, Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərovun “Şəhriyar yaradıcılığında ənənə və novatorluq”, Hadişəhr Azad İslam Universitetinin rektoru Rza Qasımzadə “Heydərbabaya salam” mənzuməsində adət-ənənələr”, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, dosent, şair-publisist Vaqif Məmmədov “Azərbaycan şeirində Şəhriyar mövzusu” adlı məruzələri dinlənildi.
Məruzələrdə dövrünün görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılıq məziyyətlərindən, klassik-romantik poeziyanın ənənələrini yaşadaraq yeni ruh gətirən əsərlərindən, çağdaş poeziyaya təsirindən bəhs olundu.
Konfransın sonunda universitetin aktyor sənəti ixtisası tələbələrinin ifasında ustad şairin “Heydərbabaya salam!” poemasından bir parça səsləndirildi.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info