Eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal istifadəyə verilib - VİDEO
Tarix: 10.04.2020 | Saat: 21:49:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün video portal (www.surdotv.az) istifadəyə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu qəbildən olan şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədinə xidmət edən layihə xüsusilə indiki dövrdə xüsusi karantin rejimi, sosial izolyasiya tədbirləri ilə əlaqədar #evdəqal çağırışına bir dəstəkdir.

Maraqlı TV veriliş və proqramlar, 70-dən çox milli və xarici film, 7 cizgi filmi, eləcə də bir çox məlumatlandırıcı və əyləncəli video materiallar, həmçinin koronavirusdan qorunma üsulları barədə məlumatlar surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilib. Bu da eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin internet üzərindən video məlumat almasına, dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradır.

Məlumatlandırıcı və əyləncəli video materialların müvafiq formatda hazırlanaraq saytda yenilənməsi də təmin edilir və bununla bağlı, həmçinin hansı filmi, serialı və ya verilişi görmək istəklərini izləyicilər sayta yaza bilərlər.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Sənsən eşqim, zəfərim” -VİDEO
29.05.2020
ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
29.05.2020
“Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram“
29.05.2020
Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir
29.05.2020
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info