Qobustanın 3, İsmayıllının isə 1 kəndinə su çəkilib
Tarix: 07.10.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


«Azərsu» ASC regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir.
Cəmiyyətin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr icra olunur. Proqram çərçivəsində Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri başa çatdırılıb və yeni infrastrukturun istismara verilməsi ilə əlaqədar kəndlərdə açılış mərasimləri keçirilib. Qeyd edək ki, «Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi» Ərəbqədim kəndində 1 522, Göydərə kəndində 548, Cəmcəmli kəndində 1 309 olmaqla, ümumilikdə 3 379 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Həmin kəndlərə içməli su rayon mərkəzini su ilə təmin edən mənbədən - Təsi kəndi yaxınlığındakı subartezian quyularından verilir. Yeni layihəyə əsasən, Daşarası anbarından içməli suyun özüaxımlı rejimdə nəqlini təmin etmək üçün polad borularla Ərəbqədim kəndinə 10 200 metr, buradan isə Göydərə kəndinə 2 010 metr uzunluğunda magistral su xətləri çəkilib. Ərəbqədim və Göydərə kəndlərinin hər birində ümumi istifadə üçün 1 ədəd bulaq və su dayağı quraşdırılıb. Rayonun Cəmcəmli kəndinə də içməli su Daşarası anbarından verilir. Bu məqsədlə 1 000 metr uzunluğunda magistral, 900 metr uzunluğunda kənddaxili su xətləri çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 2 ədəd bulaq quraşdırılıb. İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində icra olunan layihə nəticəsində isə 531 sakinin içməli su təchizatı yaxşılaşıb. Kəndin mərkəzində ümumi istifadə üçün 1 bulaq tikilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info