Aprelin 11-i Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür
Tarix: 11.04.2020 | Saat: 11:06:00 | E-mail | Çapa göndər



Hər il aprelin 11-də Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün tarixi xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonun 1755-ci il aprelin 11-də doğum günü ilə əlaqədardır. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.
Parkinson Xəstəliyi ilə Mübarizə Gününün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.
Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən - 40, hətta 35 yaşda da üzləşmək mümkündür.

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Onun öyrənilməsi sahəsində əldə edilən uğurlara baxmayaraq, təəssüf ki, tibb elmi onun müalicəsi üçün kifayət qədər səmərəli üsullara malik deyil. Əsas problem Parkinson xəstələrinin özlərinə qulluq edə bilməməsində və yaxınlarının, yaxud onlara qulluq edənlərin hazırlıqsızlığındadır. Bütün bunlar Parkinson xəstəliyini ictimai səhiyyənin vacib məsələlərindən birinə çevirir və ictimaiyyətin diqqətinin həmin xəstəliyə yönəldilməsi də elə bundan qaynaqlanır.
Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününün rəmzi qırmızı zanbaqdır. Seleksiyaçılar hətta “Doktor Ceyms Parkinson” adlanan xüsusi zanbaq növü yaradıblar.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info