ABŞ-da dələduz erməni qadın həbs edilib
Tarix: 07.10.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Qlendeyldə saxta bizneslə məşğul olan erməni qadın həbs edilib. “Nyus.am” yazır ki, Naira Şahmuradyan adlı erməni qadın şəhərin yaşlı sakinlərini aldatmaqda ittiham edilir.
O, uzun növbələrdə dayanmaq istəməyən yaşlı sakinlərə onların əvəzinə ev pulunu ödəmək üçün lazım olan vauçerləri ala biləcəyinə inandıra bilib. Bunun müqabilində yaşlı sakinlər dələduz erməniyə müəyyən məbləğdə vəsait ödəyiblər. “Glendale News-Press” yazır ki, Şahmuradyan böyük saxtakarlığa imza ataraq külli miqdarda pul və əmlak qazanıb. Məsələ ondadır ki, erməni dələduz yaşı sakinlərə saxta vauçer təqdim edərək onların şəxsi əmlakını, zinət əşyalarını mənimsəyib. Bu işi elə ustalıqla təşkil edib ki, yaşlı sakinlərin heç bundan xəbəri belə, olmayıb. Onlar elə bilirmişlər ki, erməni qadının köməyi ilə qısa müddətə alınması müşkül olan vauçerləri əldə ediblər. Amma bir müddət keçəndən sonra yaşlı sakinlər aldadıldıqlarını anlayıblar. Belə olan halda Nairanın ofisinə gedən yerli sakinlər onun çoxdan həmin məkanı tərk etdiyini öyrəniblər. Polisə şikayətdən sonra saxtakarlıq sxemi aşkarlanıb və uzun axtarışlardan sora polis dələduz ermənini həbs edib. Qeyd edək ki, Birləşmiş Ştatlarda yaşayış evlərinin maliyyələşməsi məhdud proqram çərçivəsində həyata keçirilir. Buna görə də növbəyə yazılan sakinlər uzun illər gözləməyə məcbur olurlar. Bu vəziyyətdən məharətlə istifadə edən erməni dələduz yaşlı sakinləri inandıra bilib ki, lazım olan vauçerləri vaxtından əvvəl əldə edə bilər. Qlendeylin sadəlövh yaşlı sakinləri də erməni qadının şirin dilinə aldanaraq onun toruna düşüblər. Bu, Qlendyeldə erməni dələduzların törətdiyi ilk belə saxtakarlıq deyil. Qlendeyl polisi artıq necəni ermənidir ki, saxtakarlıqla bağlı həbs tətbiq edir. Yəqin ki, qlendeyllilər bundan sonra bir qədər ayıq-sayıq olar və saxtakarlıq etmək qanlarına yeriyən ermənilərdən uzaq olarlar.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info