Avrozona böhrandan çıxırmı?
Tarix: 07.10.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Avropa Statistika İdarəsi avrozonanın 17 ölkəsinin iqtisadiyyatında orta hesabla 0,3 faiz artım qeydə alıb. Bundan əlavə, bir sıra indikatorlar konyunkturanın artdığını göstərir.
Tanınmış iqtisadçı, Brüsseldə “Bruegel” Analitika Mərkəzinin direktoru, Avropa İttifaqında iqtisadi inkişaf sahəsində ekspert Quntram Volf hesab edir ki, bu müsbət rəqəmlər yüngüllük gətirir. Onun fikrincə, bu, xoş sürprizdir. Almaniya və Fransada artım çox yaxşıdır, Portuqaliyada da ikinci rübün göstəriciləri çox yaxşıdır. O, Almaniya KİV-lərinə müsahibəsində deyib: “Lakin mən “Ura!” qışqırmağın əleyhinəyəm. Arxayınlaşmaq hələ tezdir. Hələ ciddi problemlər həll olunmalıdır. Bu istiqamətdə səyləri gələn il də davam etdirmək lazımdır”.
Volf hesab edir ki, xoş sürpriz etmiş Fransada müəssisələrdən vergitutma islahatı rol oynayıb. Lakin iqtisadiyyatın rəqabətədavamlılığını tam bərpa etmək üçün bu, kifayət deyil. Hökumətin büdcənin konsolidasiya sürətini yavaşıtması ikinci amildir. Lakin hələ çox iş görülməlidir. İlk növbədə pensiya islahatı keçirmək lazımdır. Bu, ictimai maliyyə sahəsində uzunmüddətli sabitlik üçün son dərəcə əhəmiyyətlidir.
Gələn il Avropa Komissiyası avrozonada iqtisadi artımın 1,2 faiz olacağını proqnozlaşdırır. Q.Volf hesab edir ki, bu, Avropanın cənubunda işsizliyin səviyyəsini azaltmaq üçün kifayət deyil. Əmək bazarında dəyişiklik olması üçün bütün Avropada artım cüzidir. İşsizlik gələn il də eyni səviyyədə qalacaq. Vəziyyətin düzəlməsi üçün vaxt lazımdır.
Dövlət investisiyalarına, xüsusən, Almaniyada ehtiyac olduğunu bildirən Q.Volf deyib: “Baxın, bütün Avropa İttifaqında dövlətin kapital yatırımının ən aşağı səviyyəsi Almaniyadadır. Maraqlı da budur ki, maliyyə bazarlarından bu dərəcədə ucuz pul ala bilən bir ölkə özü belə az sərmayə yatırır. Halbuki Almaniyada infrastrukturla bağlı problemlər heç də az deyildir. Məsələn, Rur vilayətini götürək. Eyni zamanda hər bir ölkə öz islahatlar proqramını davam etdirməlidir. Bu, həm Avropanın cənubuna, həm də Almaniyaya aiddir. Bundan əlavə, avrozonada vahid islahatların vaxtı çoxdan çatmışdır. Valyuta ittifaqı tamamlanmayıb. Bizə bank ittifaqı lazımdır. Hələlik yolun yarısındayıq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info