Pakistan və Polşadan Azərbaycanın ərazi bütövlüyünə dəstək
Tarix: 11.04.2020 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Avstraliyanın Yeni Cənubi Uels ştatının deputatı Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırılıb

Məktubda beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT Baş Assambleyası tərəfindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin pislənildiyi barədə də bəhs olunub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamənin qəbul edilidiyi də öz əksini tapıb

Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotu martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən keçirilmiş saxta “seçkilər” barədə məlumatlandırıb. Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə AAA-nın rəhbəri Mikayıl Oyta məlumat verib. Diaspor təşkilatımızın sədri bildirib ki, məqsəd saxta “seçkilər” barədə deputatı ətraflı məlumatlandırmaqdan və dünya ictimaiyyətini aldatmağa yönəlmiş erməni siyasətinin mahiyyətini onun diqqətinə çatdırmaqdan ibarətdir. AAA tərəfindən Hyu MakDermota ünvanlanan məktubda deyilir: “Məktubu yazmaqda məqsədimiz bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər” barədə sizi məlumatlandırmaqdır. Bildiyiniz kimi, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində erməni silahlıları tərəfindən 1 milyondan çox azərbaycanlı Ermənistandakı və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağdakı öz doğma evlərindən qovulublar. Həmçinin 100 mindən çox erməni regionda etnik üstünlük yaratmaq məqsədilə Dağlıq Qarabağa köçürülüb”. Məktubda beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT Baş Assambleyası tərəfindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin pislənildiyi barədə də bəhs olunub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamənin qəbul edilidiyi də öz əksini tapıb. Avstraliyalı deputata müraciət edən diaspor təşkilatımızın sədri onu bütün beynəlxalq standartları pozan bu saxta “seçkiləri” pisləməyə çağırır. Vurğulayır ki, həmin regionda ədalətli seçkilər yalnız Dağlıq Qarabağın işğalına son qoyulduqdan və azərbaycanlı qaçqınlar öz doğma evlərinə qayıtdıqdan sonra mümkün ola bilər.

Pakistan işğal olunmuş Dağlıq Qarabağdakı qondarma “seçkilər”i, Ermənistanın destruktiv siyasətini pisləyir

Qeyd edək ki, Pakistan 2020-ci il martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni qətiyyətlə pisləyir və bu faktı beynəlxalq hüquq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi dəyərləndirir.
Bunu Trend-ə pakistanlı politoloq Məhəmməd Asif Nur deyib. O bildirib ki, Pakistan Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü siyasəti pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir: “Pakistanda dünyada yeganə dövlətdir ki, Ermənistanı tanımır və bu günədək Ermənistan-Pakistan münasibətləri qurulmayıb. Eyni zamanda Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşmasını dəstəkləyir. Bu məsələ Pakistana yaxındır, çünki ölkənin Kəşmir problemi mövcuddur. Bu münaqişələrin nizamlanmaması bütüm regiona təhdiddir və beynəlxalq terrorçuluğun genişlənməsi üçün şərait yaradır”. Politoloq əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda seçkilər yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq və regionun bütün sakinlərinin iştirakı ilə keçirilə bilər. Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin APA-ya müsahibəsində bildirib ki, Azərbaycan yenə də xarici siyasətimizdə çox vacib rol oynayır: “Yanvar ayında prezidentlərimizin Davosda görüşünün şahidi olduq. Bundan əlavə, Prezident Anjey Duda 2019-cu ilin may ayında Azərbaycana səfər etdi. Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırır. Biz Avropada enerji təhlükəsizliyinin və şaxələndirilməsinin tərəfdarıyıq, transkontinental nəqliyyat dəhlizlərinin inkişafına diqqət ayırırıq. Ən nəhayət, Polşa Avropa İttifaqının Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığını dəstəkləyir. Bütün bunlar mərhum prezident Lex Kaçinskinin irsinə aid nümunələrdir”. Qeyd edək ki, işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt kəndi yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri uçuş məşqləri keçirir

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir. Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir. 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib. Təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib. Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info