ABŞ və Rusiya Suriyadan məmnundur
Tarix: 07.10.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Suriyanın kimyəvi silahların məhvi üzrə BMT Təhlükəsizlik Şurasının tələblərini uğurla yerinə yetirdiyini bildiriblər. “İTAR-TASS” agentliyinin xəbərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində keçirdikləri görüşdən sonra deyiblər.
S. Lavrov Suriya hökumətinin beynəlxalq müfəttişlərlə yüksək səviyyədə əməkdaşlıq etdiyini söyləyib: “Ümid edirik ki, bundan sonra da belə olacaq”. C. Kerri isə Suriyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək istiqamətində ortaya qoyduğu nəticədən çox razı olduqlarını açıqlayıb. Onun sözlərinə görə, ilk kimyəvi silah partiyasının oktyabrın 6-da - qətnamənin qəbulundan bir neçə həftə sonra BMT ekspertlərinin iştirakı ilə məhv edilməsi faktı xüsusi əhəmiyyətə malikdir. S.Lavrov və C. Kerri ümid etdiklərini bildiriblər ki, noyabr ayında Suriya probleminin həlli üzrə sülh konfransının keçirilməsi mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info