Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri
Tarix: 07.10.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) oktyabrın 4-dən etibarən elan edilən yeni müsabiqə və ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin sayını
açıqlayıb.

DQMK-nın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə və ümumi müsahibə 79 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 539 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edib. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 447-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 85-i isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apelyasiya məhkəməsindədir. Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77 yer), Dövlət Statistika Komitəsi (73 yer), Sənaye və Energetika Nazirliyinin (46 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Şəki Apellyasiya Məhkəməsi (11 yer) və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (7 yer) payına düşür.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info