Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi açılıb
Tarix: 07.10.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilib. Heydər Əliyev Fondunun prezidenti mərkəzdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait var. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək. Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən mərkəzə avtobus hədiyyə olunub.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info