Səfir Argentina mətbuatında Azərbaycandan yazdı
Tarix: 08.10.2013 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Argentinanın "El Cronista" qəzetində səfir Məmməd Əhmədzadənin Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqaləsi dərc olunub.
Bu barədə bazar ertəsi Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib.
Məqalədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri arasında Azərbaycanla birlikdə dost ölkə olan Argentinanın da olması və bu hadisənin diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etməsi xüsusi qeyd olunur. Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan TŞ-nın qeyri-daimi üzvü seçilən birinci ölkə olduğunu qeyd edən müəllif, bunu sürətli sosial-iqtisadi inkişafa malik, müxtəlif mədəniyyətlərin birgə mövcudluğu nümunəsi olan ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qeyd edir: "Müxtəlif dinlərin sülh şəraitində birgə yaşadığı ölkənin yüksək tolerantlığı və dünyəviliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Müsəlman şərqində ilk operanın, baletin, parlamentli respublikanın yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi ənənələrə malik olan Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoqun təşviqində fəal iştirak edir".
Yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə də toxunan müəllif bildirir: "Ermənistan tərəfindən ərazilərinin 20 faizinin işğal olunduğu və əhalisinin sayının faizinə görə dünyada ən çox qaçqın və məcburi köçkünə malik olan (9 milyonluq əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçün vardır) Azərbaycan üçün beynəlxalq sülh və təhlükəsizliyə mövcud təhdidlərə qarşı mübarizə son dərəcədə önəmlidir.
Məqalədə 4 may 2012-ci tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə TŞ-nın iclasının keçirildiyi də vurğulanıb.
Azərbaycan və Argentinanın BMT TŞ-a qeyri-daimi üzvlüyünün dünyada mürəkkəb problemlər və çağırışların mövcudluğu vaxtına təsadüf etdiyini bildirən müəllif yazısını bu fikirlərlə tamamlayır: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyi, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, xüsusilə də BMT sənədlərinə əməl edilməsinin vacibliyi mövqeyindən çıxış edən ölkələrimiz bu önəmli məsuliyyəti layiqincə icra edirlər
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info