Niderlandda polis rus diplomatı döyüb
Tarix: 08.10.2013 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Niderlandda polis yalan bəhanələrlə rus diplomatlarından birinin evinə soxulub. O, diplomatik toxunulmazlığı olmasına baxmayaraq, döyülüb və gecəni polis məntəqəsində keçirib. Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomata hücumla əlaqədar etiraz notası göndərib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç "Россия 24" telekanalının efirində qeyd edib ki, keçən həftəsonunda Pusiya Federasiyasının Niderlanddakı səfirliyində məsləhətçi-müşavir Dmitriy Borodinin evinə maskalanmış şəxslər tərəfindən yalan bəhanələrlə hücum olub, guya uşaqları ilə pis rəftar edib deyə, onu elə uşaqlarının gözü qabağında vəhşicəsinə döyüblər. Diplomat özünün toxunulmazlığı barədə onlara xəbərdarlıq etsə də nəticəsi olmayıb. “Hamıya məlumdur ki, diplomatın evi toxunulmazdır”- deyə A.Lukaşenko bildirib: “Əlləri qandallı vəziyyətdə bizim diplomatı polis idarəsinə aparıblar, demək olar ki, bütün gecəni orda saxlayıblar, səhər isə heç bir izahat vermədən, üzr istənilmədən evə buraxıblar”. Rusiyanın Haaqadakı səfirliyi baş vermiş bu qanundankənar hadisə ilə maraqlanır. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Niderland tərəfinə göndərilən etiraz notasında “ Baş vermiş hadisə nəinki beynəlxalq aləmdə mövcud norma və qaydaların kobud şəkildə pozulmasıdır, həm də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına da ziddir”- deyə bildirilib.

Elnarə





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info