Həmid Kərzay: “NATO -nun fəaliyyəti ölkəni böyük məhrumiyyətlərə və insan itkilərinə məruz qoyub”
Tarix: 08.10.2013 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Əfqanıstan prezidenti Həmid Kərzay NATO-nun əməliyyatını nəticəsiz sayaraq, onu kəskin tənqid edib. Bu barədə Kərzay “BBC News”-a müsahibəsində deyib.
Karzayın sözlərinə görə, ABŞ-ın və onun müttəfiqlərinin Əfqanıstandakı fəaliyyəti ölkəni böyük məhrumiyyətlərə və insan itkilərinə məruz qoyub, halbuki faktiki olaraq heç bir nəzərdə tutulmuş nəticəyə gətirib çıxarmayıb: “Hazırda isə Əfqanıstan əvvəlki kimi təhlükəsiz yer deyil”.
Kərzay həmçinin onu da bildirib ki, NATO rəhbərliyi taliblərlə ucqar rayonlarda və Əfqanıstanın yaşayış məntəqələrində mübarizə aparmağa diqqəti yönəltməklə səhvə yol verib. Bununla bərabər, onun sözlərinə görə, NATO daha böyük diqqəti Pakistanda yerləşən “Taliban” bazasına yönəltməli idi.
NATO-nun Əfqanıstandakı əməliyyatı 2001-ci ilin oktyabrında başlayıb. Belə ki, bu əməliyyatlar ABŞ-da Dünya Ticarət Mərkəzinin 11 sentyabrda partladılmasından bir ay sonra start götürüb.
Bu əməliyyatın hədəfi “Taliban” rejiminin devrilməsi və Əfqanıstanın taliblərin və “Əl-Qaidə”nin təsirindən çıxarılması kimi elan edilib. Müharibənin gedişində NATO 3372 hərbi qulluqçu itirib, mülki əhali arasında baş verən konfliktlər nəticəsində ölən qurbanların sayı isə hüquq müdafiəçilərinin hesablamalarına görə, 16-19 min nəfər təşkil edir. Əfqanıstandakı əməliyyatlar ABŞ tarixində ən uzun sürən müharibə kimi xarakterizə edilir. NATO qoşunlarının Əfqanıstandan çıxarılması 2014-cü ilə planlaşdırılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info