“The National Interest”: “Putin Bakıya son səfərində Azərbaycana böyük hörmət nümayiş etdirdi”
Tarix: 08.10.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Aleksandros Petersen:
“Bu münasibəti Azərbaycanın regionda və dünyada artan nüfuzu, möhkəmlənən mövqeyinə hörmət əlaməti kimi dəyərləndirmək olar”

“Sovet idarəçiliyinin dağılmasından sonra formalaşan iki Cənubi Qafqaz dövləti geridə qalan 20 il müddətində özlərinə fərqli yollar seçiblər. Onların həm seçdiyi yol, həm də Moskva ilə formalaşdırdıqları münasibətlər kəskin şəkildə fərqlənir. Ermənistan Rusiya ilə çox sıx münasibətlər formalaşdırıb. Azərbaycan isə daha geniş anlamda Birləşmiş Ştatların və Qərbin etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji cəhətdən bu qədər vacibliyi mübahisəsiz olduğu halda ABŞ-ın bu ölkəni Ermənistanla eyni tutmasını anlamaq olmur.

“ABŞ Ermənistandan fərqli olaraq Azərbaycanla daha sıx münasibətlər qurmalıdır. Belə münasibətlər həm Birləşmiş Ştatlara, həm də Azərbaycana strateji dividendlər gətirəcək”

Müsəlman Azərbaycanın əsgərləri Birləşmiş Ştatların rəhbərliyi altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Azərbaycan Əfqanıstana və Əfqanıstandan yük daşınmasında böyük əhəmiyyət kəsb edən Şimal bölüşdürücü şəbəkənin ən mühüm dövlətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayan dövlətlərdən biridir. Bu dövlət böyük Buşun vaxtından həm respublikaçılar, həm də demokratlar üçün çox vacib rol oynayır. Azərbaycanın dövlət enerji şirkətləri İtaliyaya, oradan da Mərkəzi Avropaya uzanacaq böyük boru kəməri şəbəkəsinin inşası ilə məşğuldur». Bu sətirlər Birləşmiş Ştatların “The National Interest” nəşrində dərc edilən məqalədə yer alıb. Beynəlxalq münasibətlər , enerji və regional təhlükəsizlik sahəsində tanınmış ekspert, “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi Aleksandros Petersenin müəllifi olduğu məqalədə qeyd edilir ki, yerləşdiyi əlverişli geosiyasi mövqeyinə görə Azərbaycan informasiya toplanması sahəsində də önəmli tərəfdaş qismində çıxış edir.

“ABŞ Azərbaycan və Ermənistana eyni münasibəti
göstərməməlidir”


Müəllif Azərbaycanın təhlükəsizlik sahəsində İsraillə formalaşdırdığı münasibətləri xüsusi olaraq vurğulayır. Bu münasibətlər birgə pilotsuz təyyarə istehsalını da ehtiva edir: “Azərbaycandan fərqli olaraq Ermənistan Rusiya və İranla sıx əlaqələr qurub. Amerika düşüncəsində Azərbaycanla Ermənistan bir-biri ilə bağlıdır. Bu da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır. Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan əraziləri Ermənistanın işğalı altındadır. Ermənistanın maraqlarını müdafiə edən lobbi qruplarının Konqresə təsir imkanları var. Amma bu münaqişə iki dövlətə qarşı münasibətdə eyni məqsədə xidmət edən siyasətin həyata keçirilməsinə imkan verməməlidir. Bir müddət əvvəl baş vermiş iki mühüm hadisə mövcud kontrastın strateji əhəmiyyətini ortaya qoyur: bunlardan biri avqustun ortalarında Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycana etdiyi səfər, digəri sentyabrın əvvəlində Ermənistanın neosovet Gömrük Birliyinə üzv olacağını açıqlamasıdır. Amerika siyasətçiləri buradakı fərqi nəinki anlamalı, eləcə də regional reallıqlara uyğun siyasət həyata keçirməlidirlər. Belə situasiyada Azərbaycan və Ermənistana eyni münasibətin göstərilməsi öz başını quma basdırmağa bənzəyir. Putin keçmiş sovet ölkələrinə səfəri zamanı çox az hallarda qaydalardan kənara çıxır.

“Moskvanın qollarının arasına atılan Ermənistan Qərb institutlarına bildirdi ki, dövlət olaraq islahatların aparılmasında və Qərbə inteqrasiyada maraqlı deyil. Bu ölkənin iqtisadiyyatı tamamilə Rusiyadakı erməni diasporundan göndərilən pullardan asılıdır. Kremlə bağlı şirkətlər Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edir. Buraya çox vacib enerji infrastrukturu da daxildir. Ermənistan Moskvaya olan borcun müqabilində Kremlin qarşısında arzuedilməyən vəziyyətdədir”

O, adətən həmin respublikalarda kameralar, mikrofonlar qarşısında özünü protokol qaydalarına uyğun aparır, mikrofonlar söndürüləndən sonra isə səsinin tonunu dəyişir. Amma Bakıya etdiyi son səfərində Putin Azərbaycana qarşı həm ictimai, həm də fərdi şəkildə diqqətçəkici, böyük hörmət nümayiş etdirdi. Bu münasibəti Azərbaycanın regionda və dünyada artan nüfuzu, möhkəmlənən mövqeyinə hörmət əlaməti kimi dəyərləndirmək olar. Adətən Putinin səfəri Moskvanın ciddi siqnalı kimi qəbul edilir. Amma Azərbaycanda olarkən Rusiya prezidenti Xəzərdə zəngin enerji ehtiyatlarına malik olan bu dövlətlə daha sıx münasibətlərin qurulmasında maraqlı olduğunu nümayiş etdirmək ehtiyacı hiss etdi. Unutmaq lazım deyil ki, Putinin sağ əli sayılan “Rosneft” şirkətinin prezidenti İqor Seçin Rusiya dövlət başçısının səfərindən bir müddət əvvəl Bakını ziyarət etmişdi. Hökumətin 6 üzvü, nəhəng neft şirkətlərinin rəhbərləri səfərdə Putin müşayiət edirdi ki, bu da səfərə verilən əhəmiyyəti göstərir. Bütün cəhdlərinə baxmayaraq, o, Bakıdan əliboş getdi. Bu il Azərbaycan radar qurğularına xidmət edən rus texniki mütəxəssislərdən azad oldu. Buna qədər Rusiya ərazisi ilə neftin ixracı dayandırıldı. Ən əsası Putin Azərbaycan təbii qazının ixracı ilə bağlı müqavilə imzalamağa nail ola bilmədi. Çoxları deyir ki, Putin Bakıya elə bunun üçün getmişdi. Sadəcə bu sahədə birgə fəaliyyət göstəriləcəyi ilə bağlı qeyri-müəyyən söz aldı”.

“Fakt odur ki, Azərbaycan artıq öz suverenliyini
möhkəmləndirdiyi halda Ermənistan müstəqil
siyasət həyata keçirməkdən imtina edib”


Məqalədə qeyd edilir ki, Putinin gücünü nümayiş etdirmək üçün istifadə etdiyi vasitələrdən biri sonradan Avrasiya İttifaqına çevriləcək Gömrük İttifaqının yaradılmasıdır. Güman edilir ki, bu birlik Avropa İttifaqı formatında olacaq: «Amma Sovet İttifaqını xatırlatdığı üçün hamını qorxudur. Gömrük İttifaqında ticarətin inkişafına təkan vermək üçün nəzərdə tutulan gömrük tariflərinə Rusiyanın qonşuları şübhə ilə yanaşırlar. Məsələn, Azərbaycan açıq şəkildə bildirdi ki, bu birliyə qoşulmaq fikrində deyil. Adətən Rusiyayönümlü siyasəti ilə seçilən Ukrayna hökuməti də bu cəhdlərə qarşıdır. Hətta Qırğızıstan və Tacikistan kimi kasıb dövlətlər də yalnız Rusiyanın təzyiqi ilə Gömrük İttifaqına doğru istiqamətləniblər. Belə situasiyada Ermənistan prezidenti Gömrük İttifaqına üzv olacaqlarını elan etdi. Bununla da Ermənistan Avropa İttifaqı ilə assosiativ sənəd imzalanması prosesini tormozladı. Moskvanın qollarının arasına atılan Ermənistan Qərb institutlarına bildirdi ki, dövlət olaraq islahatların aparılmasında və Qərbə inteqrasiyada maraqlı deyil. Bu ölkənin iqtisadiyyatı tamamilə Rusiyadakı erməni diasporundan göndərilən pullardan asılıdır. Kremlə bağlı şirkətlər Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edir. Buraya çox vacib enerji infrastrukturu da daxildir. Ermənistan Moskvaya olan borcun müqabilində Kremlin qarşısında arzuedilməyən vəziyyətdədir. Bu ölkədə 3 min nəfər heyəti olan Rusiyanın hərbi bazası yerləşir. Avropa Birliyinin komissarı Ştefan Füle bu seçimdən sonra Ermənistanın Qərbə inteqrasiyasının çətin olduğunu bildirib. Bu cür reallıq şərtləri, Ermənistanın seçimi Cənubi Qafqaz dövlətləri də daxil olmaqla Avropaya inteqrasiyanı dəstəkləyən Amerika siyasətində öz əksini tapmalıdır. Ən yaxşısı o olardı ki, bu proses tam şəkildə Cənubi Qafqazı əhatə edərdi. Azərbaycan və Ermənistanın yerləşdikləri çətin regionda aralarındakı münaqişəni həll edərək Avropaya inteqrasiya etməsi arzuolunan hal olardı. Amma reallıq belə deyil. Fakt odur ki, Azərbaycan artıq öz suverenliyini möhkəmləndirdiyi halda Ermənistan müstəqil siyasət həyata keçirməkdən imtina edib. Bu o demək deyil ki, Vaşinqton Ermənistanla işləməməlidir. Sadəcə bu siyasəti yeni qəlibə salmaq lazımdır. Yeni siyasət ABŞ-la Azərbaycan arasında daha sıx münasibətlər qurmalıdır. Belə münasibətlər həm Birləşmiş Ştatlara, həm də Azərbaycana strateji dividendlər gətirəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info