Regionlarda gənc nəsli idmana həvəsləndirən turnirlər
Tarix: 08.10.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Ölkədə bir çox sahələrlə yanaşı, idmanın inkişafı da prioritet istiqamətlərdəndir. Bu gün ölkədə idmanın inkişafı üçün yaradılan şərait bunu sübut edir. Müstəqillik illərində ölkəmiz idman sahəsində bir sıra uğurlara imza atıb.
Artıq ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib. Hətta 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və 2017-ci ildə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. Dövlətin həyata keçirdiyi siyasət nəticəsində heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb. Təsadüfi deyil ki, ölkəmizdə idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır. Hazırda ölkəmizdə 40 Olimpiya mərkəzi fəaliyyət göstərir ki, bununla da idmanın kütləviliyi təmin olunur. Regionlarda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlədən biri kimi davamlı turnirlər təşkil olunur ki, bu da gənc nəslin idmana marağının daha da artmasına gətirib çıxarır. Belə turnirlərdən biri də bugünlərdə Qazax şəhərində təşkil olunub. Azərbaycan Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr olunmuş turnir Azərbaycan Əlbəyaxa Döyüş Federasiyası, Qazax rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunub. Turnirdə Qazax, Ağstafa, Şəmkir və Mingəçevirdən 90-na yaxın idmançı iştirak edib. İdmançılar arasında yalnız bir qız-Soltanova Şəms 20-kq çəkidə iştirak edib. Turnirdə birinci yerə layiq görülən idmançılar sırasında - 20-kq Soltanova Şəms, 22-kq Kənan Əhmədli, 25-kq Aqil Həsənov, 28-kq Vəli Əliyev, 30-kq Cəlal Şabanov, 33-kq Elsevər Binnətov, 42-kq Kənan Davidov, 45-kq Vüqar Bayramov, 48-kq Fuad Abdullayev, 50- kq Fərid Məşiyev, 54-kq Elvin Qasımlı, 57-kq İftixar Abdullayev, 60-kq Nicat İbrahimli, 65 -kq Arzu Abdullayev, 70-kq çəkidə Ömər Cəfərov yer alır. Onu da qeyd edək ki, idmançılar arasında Mingəçevir şəhər 3 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Soltanova Şəms 1-ci və 7-ci sinif şagirdi Soltanov Məhəmmədəli 2-ci yerə layiq görülüblər ki bu idmançılar bacı-qardaşdırlar. Onlar Azərbaycanda kecirilən turnirlərin əksəriyyətində fəal iştirak edirlər. Belə idman yarışlarının keçirilməsi və bu yarışlarda onların əldə etdiyi uğurlar yeni nəslin idmana marağının daha da artmasına gətirib çıxarır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info