“Ermənistan əhalisinin üçdə biri ölkəni tərk etmək istəyir”
Tarix: 08.10.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Ermənistandan köç fəlakətli miqyas alıb və ölkəni iqtisadi yüksəlişə impuls verəcək intellektual ehtiyatdan məhrum edir. “Lragir”in məlumatına görə, bu barədə ölkədə keçirilən sorğu əsasında hazırlanan “Ermənistan əhalisinin azalması” adlı hesabatda deyilir. Hesabatda nikbin göstəricilər yoxdur.
Gənclər arasında miqrasiya iş həyatında yüksəlmə imkanlarının kasadlığı, eləcə də demokratiya və insan haqlarının qorunduğu, yaxşı idarəetmənin mövcud olduğu cəmiyyətlərdə yaşamaq istəyindən irəli gəlir. Rəyi soruşulanların təxminən üçdə biri yaxın 2 ildə ölkəni tərk etmək niyyətindədir. Bunun əsas səbəbləri ölkədəki biznesin mərkəzləşdirilməsi və inhisarçılıq, məhkəmə sistemi və təhsil sahəsində problemlərlə əlaqədardır. Belə ki, ölkədə biznesə dövlət idarəçiliyində bilavasitə iştirak edən qruplar tərəfindən nəzarət olunur. Bu da gəlirlərin qeyri-bərabər paylanmasına gətirib çıxarır. Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Araik Petrosyan ölkədə yoxsulluğun fəlakət səviyyədə olduğunu etiraf edib - 35%. O, işsizliyin yüksək səviyyədə olmasını, səhiyyə, regional inkişaf sahələrində problemləri də inkar etməyib. Nazir müavini əhalinin artım səviyyəsinin yüksək olmadığını da söyləyib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info