“2020-ci il də geniş islahatlar ili olacaq”
Tarix: 17.04.2020 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Jalə Əhmədova: “Bu çətin günlərdə atılan bütün uğurlu addımlar bir daha onu göstərdi ki, Azərbaycanda məhz vətəndaşların sağlamlığı və rifahı ən ali prioritetdir”

“Pandemiya vəziyyəti ilə əlaqədar digər ölkələrlə müqayisədə Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində mövcud durum nəzarətdə saxlanıldı. Təsadüfi deyil ki, Azərbaycanın Koronavirusla uğurlu mübarizə modeli bir çox dövlətlər tərəfindən təqdir və tətbiq edilir”.
Bunu “Palitra”ya verdiyi açıqlamada Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
O Prezidentin bu aralar digər sahələrə olduğu kimi səhiyyə, tibb və ümumilikdə tibbi müəssisələrin fəaliyyətinə də çox həssas yanaşdığını söylədi:
“Koronavirusla mübarizədə qısa zamanda həll edilməsi mühüm olan məsələlərdən biri də, tibbi maska və gigiyenik vasitələrin bir qismi, xüsusən də tibbi spirt çatışmazlığı idi. Prezidentin müvafiq tapşırıqları sayəsində ən qısa müddət ərzində Azərbaycanda bu problem həll olundu və bu sahədə xarici asılılıq da ləğv edildi. Bu çətin günlərdə atılan bütün uğurlu addımlar bir daha onu göstərdi ki, Azərbaycanda məhz vətəndaşların sağlamlığı və rifahı ən ali prioritetdir. Yəni atılan bütün addımlar əhəmiyyətlidir və xüsusi karantin rejiminin uzadılmasını isə mövcud vəziyyətdə ən uyğun və lazımlı qərar kimi qiymətləndirirəm”.
Deputat Prezidentin bir neçə gün öncə keçirilən müşavirə zamanı ölkədə aparılan islahatlarla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirdi: “Əminliklə vurğulaya bilərəm ki, 2020-ci il də geniş islahatlar ili olacaq. Təcrübə göstərir ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən böyük uğurlar əldə oluna bilər və Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Təbii ki, Azərbaycanın bu uğurlarını həzm edə bilməyən qüvvələr də az deyil. Belə dost və düşmən qüvvələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilərə” beynəlxalq ictimaiyyətin rəyini və göstərilməyən reaksiyaları analiz etdikdə aşkar görmək olur. Qardaş Türkiyə başda olmaqla bütün aparıcı dövlətlərin çoxu, NATO, Türk Şurası və digər beynəlxalq təşkilatlar qondarma “seçkiləri” yekdilliklə rədd etdilər. Lakin yalnız Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu məsələdə susqunluğunu saxladı. Prezidentin dediyi kimi: “Bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”. Deputat onu da vurğuladı ki, Azərbaycan müstəqil siyasət yürüdür, heç bir dövlətdən asılı deyil və hansısa beynəlxalq təşkilatın təzyiq xarakterli, anlaşılmaz, ermənipərəst mövqeyi yalnız o qurumun əleyhinə işləyəcək. Çünki indi bütün dünya Azərbaycan kimi perspektivli, iqtisadi inkişaf yolunda inamla irəliləyən ölkəylə işləməkdə, əməkdaşlıqda maraqlıdır.
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info