Seçkilərin demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb
Tarix: 08.10.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Pakistan Milli Assambleyasının və Senatının Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Sayed Mushahid Hüseynin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Oqtay Əsədov prezident seçkilərinə hazırlıq barədə qonaqlara məlumat verib, seçkilərin şəffaf, demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Azərbaycan-Pakistan əlaqələrindən danışan Oqtay Əsədov ölkələrimizin həmişə beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini söyləyib. Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi İslamabadın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib. Azərbaycanın və Pakistanın hər zaman dost və qardaş münasibətdə olduğunu xatırladan Sayed Mushahid Hüseyn bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün zəruri işlərin görüldüyünü qeyd edən qonaq seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info