Seçkiləri Türkiyə parlamentinin 35 deputatı izləyəcək
Tarix: 08.10.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Prezident seçkilərini müşahidə edəcək Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirən Oqtay Əsədov bu əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını söyləyib. Bildirilib ki, ölkələrimiz arasında indiyədək imzalanmış 180-dən çox ikitərəfli sənəd əməkdaşlığımızın yüksək səviyyəsinin bariz nümunəsidir. Milli Məclisin sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləyib. O.Əsədov 9 oktyabr prezident seçkilərinin də azad, şəffaf və demokratik keçirilməsi üçün zəruri şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunduğunu diqqətə çatdırıb.
Azərbaycanda prezident seçkilərini Türkiyə Böyük Millət Məclisinin 35 deputatının izləyəcəyini deyən nümayəndə heyətinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Necdet Ünüvar ölkəmizdə seçkilərin demokratik standartlara uyğun keçiriləcəyinə əmin olduğunu vurğulayıb. Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində də olub. Görüşdə BAHM-ın rektoru Elmar Qasımov Azərbaycan ilə Türkiyənin dost və qardaşlıqdan əlavə, həm də strateji müttəfiq olduqlarını bildirib. Azərbaycanın və Türkiyənin keçdikləri tarixi inkişaf yolundan danışan E.Qasımov vurğulayıb ki, bu gün dünyada problemlərə yanaşmada ikili standartların mövcud olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya birliyi üçün əhəmiyyətli müttəfiqə çevriliblər. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirmişdir ki, ölkəmizdə mühüm əhəmiyyət verilən sahələrdən biri də məhz təhsildir. BANM haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirib ki, ali məktəbin yaradılmasının əsas məqsədi inkişaf edən ölkəmiz, eyni zamanda, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. Görüşdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi-iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu gün iki qardaş dövlət birləşərək dünya və region ölkələri üçün bir çox mühüm layihələrə imza atıb. Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tibilisi-Qars dəmir yolu xətti və TANAP kimi layihələr bunun bariz nümunəsidir. Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı vurğulayıb ki, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Qonaq tələbələrə xitabən deyib ki, bu şərəfli missiyanı qorumaq və daha da gücləndirmək artıq sizlərin üzərinə düşür. Türkiyə Böyük Millət Məclisinin digər deputatları da tədbirdə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, xalqlarımızın tarix boyu yadelli düşmənlərə qarşı birgə mübarizə aparmaları və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info