Argentinanın “El Cronista” qəzeti: “Azərbaycanın tolerantlığı beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur”
Tarix: 08.10.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Argentinanın "El Cronista" qəzetində səfir Məmməd Əhmədzadənin Azərbaycanın BMT TŞ-na üzvlüyü ilə bağlı məqaləsi dərc olunub. Bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib. Məqalədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri arasında Azərbaycanla birlikdə dost ölkə olan Argentinanın da olması və bu hadisənin diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etməsi xüsusi qeyd olunur.
Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan TŞ-nın qeyri-daimi üzvü seçilən birinci ölkə olduğunu qeyd edən müəllif, bunu sürətli sosial-iqtisadi inkişafa malik, müxtəlif mədəniyyətlərin birgə mövcudluğu nümunəsi olan ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qeyd edir: "Müxtəlif dinlərin sülh şəraitində birgə yaşadığı ölkənin yüksək tolerantlığı və dünyəviliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Müsəlman şərqində ilk operanın, baletin, parlamentli respublikanın yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi ənənələrə malik olan Azərbaycan bu gün dünyada sivilizasiyalararası dialoqun təşviqində fəal iştirak edir".
Yazıda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə də toxunan müəllif bildirir: "Ermənistan tərəfindən ərazilərinin 20 faizinin işğal olunduğu və əhalisinin sayının faizinə görə dünyada ən çox qaçqın və məcburi köçkünə malik olan (9 milyonluq əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçün vardır) Azərbaycan üçün beynəlxalq sülh və təhlükəsizliyə mövcud təhdidlərə qarşı mübarizə son dərəcədə önəmlidir. Azərbaycan və Argentinanın BMT TŞ-a qeyri-daimi üzvlüyünün dünyada mürəkkəb problemlər və çağırışların mövcudluğu vaxtına təsadüf etdiyini bildirən müəllif yazısını bu fikirlərlə tamamlayır: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyi, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, xüsusilə də BMT sənədlərinə əməl edilməsinin vacibliyi mövqeyindən çıxış edən ölkələrimiz bu önəmli məsuliyyəti layiqincə icra edirlər”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info