Sosioloq Zəminə Səfərova: “Xalq bir daha əmin oldu ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır”
Tarix: 19.04.2020 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Prezidentin diqqəti, qayğısı nəticəsində 720 min insanın məşğulluğu qorunub və onların əmək haqqlarının ödənilməsi təmin edilib. Karantin dövründə iş tapmaq imkanları məhdudlaşdıdığından cənab Prezident 90 min ödənişli iş yerlərinin yaradılması qərarını verib”

Hazırda dünya ölkələrində koronavirus epidemiyası sürətlə yayılmaqda davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 160 mini, yoluxanların sayı isə 2 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 600 minә çatıb. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Hətta ölkə başçısının 19 mart tarixli sərəncamının icrasl ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əkisini tapıb. 17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Sosioloq Zəminə Səfərova "Palitra"ya açıqlamasında dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu tədbirlərin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını bildirdi: "Bildiyimiz kimi ölkə və dünya ictimaiyyətində Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlər Prezidentin diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Dövlət başçısı tərəfindən pandemiyanın qarşısının alınması üçün görülən işlər, atdığı humanist addımlar, aztəminatlı, imkansız, həssas təbəqələrdən olan ailələrə yardımların göstərilməsi, nazirlərlə birbaşa tapşırıqları əhalı tərəfindən izlənilir və çox yüksək dəyərləndirilir. Əhali bir daha gördü ki, onların onların sağlamlığını,sosial vəziyyətlərini düşünən və onların həlli üçün çalışan düşünən bir dəyərli rəhbərləri var". Sosioloq onu da qeyd etdi ki, pandemiya dövründə Azərbaycan xalqının birləşməsi və birlikdə həmrəylik göstərməsi dünya ictimaiyyətinə də səs salıb, hətta xarici vətəndaşlar Azərbaycanın bu gün necə birləşib həmrəylik göstərdiyini alqışlayırlar. Milli adət-ənənələrimizi qoruyub saxlamaqla bərabər Azərbaycanın imkanlı vətəndaşları ata-babalarımızdan qalan insanlarla paylaşmaq ənənəsini də bu gün davam etdirirlər. Bu çətin günlərdə daha çox iş Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşdüyünü deyən Z.Səfərovanın sözlərinə görə, bütün bu çətin proseslərdə qurumun əməkdaşlarının əməyi danılmazdır: "Karantin rejimində daha çox işsizlər qazanc yerini itirən qeyri-formal işsizlərdir. Dövlətin, Prezidentin diqqəti, qayğısı nəticəsində sosial şəbəkələrdən aldığımız məlumata görə, 720 min insanın məşğulluğu qorunub və onların əmək haqqlarının ödənilməsi təmin edilib. Karantin dövründə iş tapmaq imkanları məhdudlaşdıdığından cənab Prezident 90 min ödənişli iş yerlərinin yaradılması qərarını verib. Ümumiyyətlə, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bütün bu tədbirlər planını yüksək dəyərləndiririk. Xalq bir daha əmin oldu ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” . Əlbəttə ötən illəri nəzərə alsaq bəzi yerlərdə ciddi boşluqların olmasını etiraf edə bilərik. Lakin ölkə rəhbərinin son zamanlar bir çox sərt qərarlarından, göstərişlərindən sonra çox yerlərdə ciddi islahatlar aparıldı. Artıq hər bir vətəndaş bütün bu müsbət dəyişikliklərin şahididir. Azərbaycan xalqı çox sınaqlardan çıxıb və inanırıq ki,dövlətimizin atdığı uğurlu addımlar sayəsində bu sınaqdan da tezliklə çıxacağıq. Odur ki,dəyərli Azərbaycan xalqının vətəndaşları gəlin dövlətin bütün xalq üçün göstərdiyi bu əməyini nəzərə alaraq hər birimiz qoyulan qaydaları vicdanla dəyərləndirək və əməlimizlə mədəniyyətimizlə göstərək. Bizdən nə tələb olunur- evdə qalmaq, lazım olmadığı halda küçələrə çıxmamaq, gigiyena qaydalarına riayət etmək. Odur ki, hər birimiz dövlətin bizi düşünüb,sağlamlığımızı qorumaq üçün qoyduğu bütün qaydalara hörmətlə yanaşmalıyıq".

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info