Günxan Əhmədli: “Sosial-iqtisadi dəstək siyasəti dövlətin çətin vəziyətdən minimal itkilərlə cıxması ilə nəticələnəcək”
Tarix: 20.04.2020 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


“Covid-19 koronovirus pandemiyasına qarşı ölkədə aparılan mübarizədə demək olar ki, bütün siyasi qüvvələr dövlətçilik və milli birlik naminə birləşib. Üzücü hal odur ki, pandemiyanın fəsadlarının daha da ağırlaşmasını istəyən marginal qrup ölkədə xaosun yaranmasını, dağıdıcı prosesin inkişafını arzu edir. Azərbaycan xalqı zamanında onları milli dövlətçiliyə nə qədər zərbə vurduğunu anlayararq tarixin zibilliyinə atıb”

Bu gün dünya ölkələrində koronovirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Ölkəmizdə pandemiyanın yayılma təhlükəsinin ilk anından başlayaraq müvafiq işlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Əhali, ictimaiyyət nümayəndələri ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı tədbirləri təqdir edir. “Sosial-İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Günxan Əhmədli "Palitra"ya müsahibəsində dövlətin bu istiqamətdə atdığı addımların bütün xalqın rifahına yönəldiyini bildirdi:

- Bildiyniz kimi ölkə başçısının rəhbərliyilə koronovirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirləri necə qiymətləndirirsiniz?

- Həqiqətən də cənab Prezidentin pandemiyanın qarşısının alınması ilə bağlı vaxtında verdiyi qərarlar epidemiyanın geniş yayılmasının qaşısını aldı. Bu tədbirlərə - koronovirusla bağlı Operativ Qərargahın yaradılması, sərhədlərin müvəqqəti bağlanılması, respublika ərazisində təxirəsalınmaz genişmiqyaslı dezinfeksiya işlərinin aparılması, paytaxt və digər böyük şəhərlərarası gediş- gəlişin müvəqqəti dayandırılması, karantin rejiminim tərtib olunması, pandemiyadan zərər çəkənlərə xidmət edəcək xəstəxanaların açılması, sosial müavinətlər və sosial-iqtisadi sahədə görülən tədbirlər və digər vacib tədbirləri sitat gətirmək olar. Xüsusilə Koronovirusla Mübarizəyə Dəstək Fondu tədbirlər planının böyük addımlarından oldu, hətta ölkə başcısı illik maaşını fonda ianə etdi, bu təqdirə layiq addım idi. Xüsusilə deyə bilərəm ki, bu yaxınlarda müasir tələblərə cavab verən xəstəxananın açılışında ölkə başçısının və Birinci vitse- prezident Mehriban Əliyevanın tibb işçilərinə əl çalaraq alqışlaması məni qururlandırdı. Ümümilikdə atılan addımlar və görülən tədbirlər bir daha göstərir ki, xalq və dövlət əmin əllərdədir! Tədbirlərin nə dərəcədə doğru olduğunu anlamaq üçün İtaliya və digər Avropa dövlətlərinə nəzər yetirmək lazımdır. İtaliyada pandemiyanın geniş yayılmasının səbəbi bütün dünyada pandemiya təbili çalındığında vacib tədbirlərin görülməməsi idi.

“Prezident İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı-Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və "Asan xidmət" mərkəzləri yaratdı. Buna bir çox sahəni və çox islahatları sitat gətirmək olar”


- Sərəncamla təsdiq edilmiş tədbirlər planında məşğulluq və sosial rifaha bağlı 10 tədbir öz əksini tapıb. Bu tədbirlər planını necə dəyərləndirirsiniz?

- Covid-19 koronovirus pandemiyasına qarşı ölkədə aparılan sosial-iqtisadi dəstək siyasəti dövlətin çətin vəziyətdən minimal iqtisadi itkilərlə cıxması ilə nəticələnəcək. Bu məsələ ilə bağlı bir nüansı nəzərinizə çatdırım ki, biz bilmirik bəşəriyyətin rastlaşdığı bu bəla nə qədər sürəcək, bu nöqteyi nəzərdən biz büdcədən bütün zərər çəkmiş sferalarda qənaətlə istifadə etməliyik və dövlətin sərgilədiyi addım tamamilə doğrudur. Eyni zamanda bu siyasət məşğulluq, işsizlik, sosial muavinət, mikro sahibkarlıq subyektlərinə dəstək, bank sektoru, təhsil sektoru və digər sahələri əhatə edir.

- Həyata keçirilən tədbirlər "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikirlərinin təzahürüdürmü?

- Təbi ki, təzahürüdür. Bu sualda məncə, tək bu gün üçün danışmaq olmaz. Epidemiyadan əvvəl və epidemiya dörü xalq və dövlət üçün görülən işlər göz qabağındadır. İlk öncə nəzərinizə çatdırımki ötən il Dünya Bankı tərəfindən yayılan "Doing buisness 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə çoxaldı. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşdı. Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi. Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü sahibkarlar sinfi formalaşdı.Ölkə iqtisadiyyatının şaxələndirilməsi uğurla davam edir. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir. Prezident İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı-Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və "Asan xidmət" mərkəzləri yaratdı. Buna bir çox sahəni və çox islahatları sitat gətirmək olar. Bu gün isə cənab Prezidentin pandemiyanın yeni yayıldığı anda qabaqlayıcı tədbirlərlə bağlı tapşırıqlar paketi olmasaydı, gündəlik artım statistikası 500 nəfərdən çox və ölüm sayı qorxunc səviyyədə olardı. Yəni, bunun əyani subutunu digər dövlətlərdə görmək olar. Bu bəlanın bir müsbət tərəfi odur ki, Covid-19 koronovirus pandemiyasına qarşı ölkədə aparılan mübarizədə demək olar ki, bütün siyasi qüvvələr dövlətçilik və milli birlik naminə birləşib. Bu proses cəmiyyətimizdə siyasi mədəniyyətimizin formalaşmasına, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsində öz töhfəsini verir. Üzücü hal isə odur ki, pandemiyanın fəsadlarının daha da ağırlaşmasını istəyən marginal qrup ölkədə xaosun yaranmasını, dağıdıcı prosesin inkişafını arzu edir. Azərbaycan xalqı zamanında onları milli dövlətçiliyə nə qədər zərbə vurduğunu anlayararq tarixin zibilliyinə atıb. Bu düşərgədə cəmləşən insanlar Azərbaycan iqtidarının deyil, Azərbaycan xalqının düşmənidirlər. Son olaraq deyim ki, Azərbaycan dövləti hər zaman vəətəndaşın yanındadır və Azərbaycan xalqı hər zaman dövlətinin arxasındadır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info