Seçkilərin nəticələrini Türkiyəyə çatdıran TRT olacaq
Tarix: 09.10.2013 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


TRT kanalı prezident seçkilərini 3 çəkiliş qrupuyla işıqlandırır. TRT-nin Bakı təmsilciliyi tərəfindən hazırlanan xəbərlər və canlı bağlantılar TRT Haber və TRT Avaz kanallarından Türkiyədə ekranlara gəlir. Azərbaycandakı seçki həyəcanını TRT Türk kanalının iki çəkiliş qrupu tərəfindən də izlənilir. TRT-nin çəkiliş qrupları son iki gündə Azərbaycandakı prezident seçkiləri prosesini TRT ekranlarına, internet və sosial media səhifələrində işaqlandırıb. Seçkilərin nəticələrini Türkiyəyə çatdıran da TRT olacaq. Gün boyunca Azərbaycandakı seçki prosesi canlı bağlantılarla TRT ekranlarına gələcək. TRT-nin Bakı təmsilçisi Yüksel Değercan seçkilərin nəticələrinin saat 19:40-dan etibarən 2 saat ərzində AZTV studiyalarından həyata keçiriləcək yayınla TRT Avaz ekranlarına gələcəyini söyləyib. TRT müxbiri Əmrah Timuçin Yazıçının moderatorluğunda baş tutacaq yayının qonaqları isə Türkiyənin Bakıdakı səfiri Alpər Coşqun, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, deputat Qənirə Paşayeva, Strateji Araşdırmalar Mərkəzinin “Türkiyə Masası”nın rəhbəri Cavid Vəliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və Azərbaycan Türkiyə Sənayeçi İş Adamları Birliyinin sədri Murad Bakır olacaq. Proqramda seçkilərin nəticələri bütün detallarıyla dəyərləndiriləcək, Azərbaycan və Türkiyə əlaqələri, Azərbaycanın bölgəsində mühüm bir gücə çevrilməsi kimi məsələlər müzakirə ediləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info