Jiry Mastalka: “Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim”
Tarix: 09.10.2013 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Avropa ölkələrinin parlamentlərindən olan bir sıra müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə prosesini izləyirlər. Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka Səbail rayonu, 28 saylı Nəsimi-Səbayel seçki dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə prosesinin başlanmasını müşahidə edib. O, prosesi səhər saatlarından izlədiyini qeyd edərək əlavə edib ki, bu vaxta qədər beş seçki məntəqəsində müşahidə aparıblar: “Səhər müşahidələrə başladığımız üçün deyə bilərəm ki, insanlarınız savadlıdır və qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Mən olduğum yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitmədim. Məncə, seçki prosesi hələlik normal keçir”. Eyni məntəqədə seçkiləri izləyən Polşa parlamentinin üzvü Tadeuş Wozniak isə deyib ki, hələlik seçki ilə bağlı heç bir problemlə üzləşməyiblər: “Biz Azərbaycanda demokratiyanın necə inkişaf etməsini izləyirik. Bu vaxta qədər bir neçə seçki məntəqəsində olmuşuq və heç bir pozuntu müşahidə etməmişik. Ümumiyyətlə, deyə bilərəm ki, indiyədək seçki prosesi normal keçir”.
Qeyd edək ki, Səbail rayonu 28 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində ümumi olaraq 1131 nəfərin adı seçici siyahısına salınıb. Bu vaxta qədər 220-dən artıq seçici səs verib, 7 nəfər qeydiyyatdan çıxma vəsiqəsi alıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info