İsmayıl Safi: “Azərbaycan demokratik seçkilərin keçirildiyi ölkədir”
Tarix: 09.10.2013 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir”. Bu barədə çərşənbə günü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, QDİƏT-in Azərbaycanda prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi deyib.
İ. Safi bildirib: "Bu gün biz həmkarlarımızla birlikdə QDİƏT-ə daxil olan 12 ölkədən 4-nü təmsil edirik. İnanıram ki, Azərbaycanda bu gün ədalətli, şəffaf, demokratik seçkilər keçiriləcək".
Onun sözlərinə görə, Türkiyə həmişə qardaş Azərbaycan dövlətinin yanında olub və bundan sonra da yanında olacaq.
İ. Safi deyib: "Mən tez-tez Azərbaycanda oluram və hər növbəti səfərimdə yeni bir şey görürəm. Belə böyük dəyişikliklər bizdə qardaş ölkəyə görə qürur hissi yaradır. Ümumilikdə Türkiyə və Azərbaycan xalqları arasında xüsusi əlaqələr qurulub. Azərbaycan xalqı çox mehriban xalqdır. Azərbaycan dövləti regionda, yaxın xaricdə və beynəlxalq arenada çox ciddi oyunçuya çevrilib. Türkiyə dəfələrlə beynəlxalq arenada təklikdə qalıb, lakin hazırda Azərbaycan bizi dəstəkləyir və yanımızdadır. Biz fəxr edirik ki, yanımızda güclü, etibarlı, sabit enerji resurslarına malik qardaş dövlət var".
O qeyd edib ki, hər iki ölkə son 10 ildə böyük inkişaf yolu keçib və ən vacibi odur ki, bu inkişaf Türkiyə və Azərbaycanda iqtisadi və siyasi baxımdan sabit olsun.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info