Sergey Lebedev: “Seçicilərin öz hüquqlarını ifadə etmələri üçün bütün şərait yaradılıb”
Tarix: 09.10.2013 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Azərbaycanda seçki kampaniyası kifayət qədər sakit keçir. Bu barədə jurnalistlərə MDB Müşahidə Missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev bildirib.
Lebedev deyib ki, seçicilərin səsvermədə öz hüquqlarını ifadə etmələri üçün bütün şərait yaradılıb: “Bu gün səhər saatlarından etibarən MDB ölkələrindən olan müşahidəçilər bir sıra seçki məntəqələrinə baş çəkiblər, ölkənin regionlarında olublar. Səhər saat 10.00 radələrində seçicilərin təxminən 10 faizi səs verib və bu elə də pis nəticə deyil. Səsvermə sakit şəkildə gedir. Səsvermədə öz mövqelərini bildirmələri üçün yaşlı və xəstə seçicilər üçün də şərait yaradılıb".
Missiya rəhbəri vurğulayıb ki, seçki məntəqələri yaxşı binalarda - məktəb, mədəniyyət evlərində yerləşirlər: "Seçki məntəqələrində bütün lazımi məlumatlar var ki, bu da seçicilər üçün çox əhəmiyyətlidir. Biz özümüz gördük ki, əgər kimdəsə suallar yaranırsa, seçicilərin köməyinə əksər hallarda seçki məntəqələrinin nümayəndələrinin özləri gəlirlər. Əksər məntəqələr veb-kameralarla təchiz olunublar".
MDB ölkələrindən olan müşahidəçilərin fikrincə, Azərbaycanda məntəqələrin texniki təchizatı yüksək səviyyədədir. MDB Müşahidəçilər Missiyasının rəhbəri səhər saatlarında Bakının bir sıra seçki məntəqələrində, xüsusilə 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 23, 24 və 25 saylı məntəqələrində olub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info