“Seçki prosesində bizi narahat edən heç bir məqam yoxdur”
Tarix: 09.10.2013 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Jose De Venesiya: “Azərbaycanda seçkilər çox sakit, demokratik şəkildə həyata keçirilir”

“Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi səs hüquqlu nümayəndəsi Dilarə Babayeva da indiyə qədər seçki prosesində problem müşahidə olunmadığını söyləyib. Bu barədə APA məlumat yayıb. Məntəqə Seçki Komissiyasının sədri Sevda Məhərrəmova da seçici fəallığının yüksək olduğunu, 1,5 saat ərzində 135 nəfərin səs verdiyini bildirib. O, müşahidəçilərin seçki prosesini müşahidə etməsi üçün şərait yaradıldığını qeyd edib.
ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Doris Barnet deyib ki, son 20 ildə bütün dünyada, o cümlədən Azərbaycanda seçki prosesi yaxşı tərəfə dəyişib: “Biz seçki prosesində maraqlıyıq və onun Azərbaycanda necə keçirildiyini bilmək istəyirik”.
29 saylı Səbail Dairə Seçki Komissiyasının 2 saylı seçki məntəqəsində seçki prosesini ICAPP-ın 7 nəfərdən ibarət beynəlxalq müşahidəçiləri izləyir. ICAPP-ın nümayəndə heyətinin rəhbəri Jose De Venesiya açıqlamasında bildirib: “Azərbaycanda seçkilər çox sakit, demokratik şəkildə həyata keçirilir. Seçki prosesində bizi narahat edən heç bir məqam yoxdur. Hələlik, hər şey demokratik və sakit qaydada davam edir. Qeyd edək ki, seçkilər prosesində bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb”.
İndoneziyadan olan beynəlxalq müşahidəçilər Menera Artaul və İnkiriband Robert İmmanuel bildiriblər ki, seçki normal, şəffaf şəraitdə keçir, hər hansı pozuntu halı yoxdur, müşahidəçilərə seçkini müşahidə etmək üçün normal şərait yaradılıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info