Radikal müxalifətin təxribatları
Tarix: 09.10.2013 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


"Milli şura"da təmsil olunan radikal siyasi partiyaların nümayəndələri, eləcə də prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçiləri ölkə üzrə seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirməkdədir.
“Palitra”nın hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP-ın müşahidəçiləri bildiriblər ki, 90 saylı Ağdaş Seçki Dairəsinin 29 saylı məntəqəsində (Yenicə kəndi) özünü "milli şura"nın nümayəndəsi kimi təqdim edən "Azərbaycan Press" qəzetinin müxbiri Kərimov Yusif Abduləli oğlu komissiya üzvlərini təhqir edib, səsvermə prosesinə mane olmağa çalışıb. Nəticədə, məntəqədə normal səsvermə prosesini bərpa etmək üçün polis əməkdaşı dəvət edilib.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Xəzər rayonu ərazisində yerləşən məntəqəsində "Milli yol" qəzetinin müxbiri Cəbrayılov Anar səsvermə prosesinin pozulmasına yönəlmiş hərəkətlər edib. Prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçisi olan Cəbrayılov Anarın əxlaqa sığmayan davranışının qarşısını almaq üçün məntəqəyə polis əməkdaşı dəvət edilib.
"Milli şura"nın 117 saylı Oğuz - Qəbələ Seçki Dairəsinin 10 saylı məntəqəsində məşvərətçi səs hüquqlu nümayəndəsi Davudov Anar Vagif oğlu və 30 saylı məntəqəsində müşahidəçisi Mikayılova Həqiqət Vahid qızı komissiya üzvlərini və müşahidəçiləri təhqir edib, səsverməyə gələn seçicilərə təzyiq göstərib. Onların təxribatçı hərəkətləri barədə akt tərtib olunub.
AXCP-nin Şəki şəhər təşkilatının sədri Abdullayev Əli və tərəfkeşi Hüseynov Həsən 113 saylı Şəki şəhər Seçki Dairəsinin 9 və 16 saylı məntəqələrində təbliğat işi aparıb, səsverməyə gələn seçicilərə təzyiq göstərərk, onları Cəmil Həsənliyə səs verməyə çağırıb. Onların bu qanunazidd hərəkəti komissiya üzvləri tərəfindən aktlaşdırılıb.
Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlı 92 saylı Zərdab - Ucar Seçki Dairəsinin 3 sayli seçki məntəqəsində kobuq qanun pozuntusuna yol verərək, seçiciləri Cəmil Həsənliyə səs verməyə çağırıb. O, komissiya üzvlərini təhqir etməkdən çəkinməyib. Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyətli nümayəndəsi, Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılının qardaşı Mustafa Hacılı 31 saylı Suraxanı Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində komissiya üzvlərini, müşahidəçiləri və seçiciləri "Axşam görərsiniz nə edəcəyik" sözləri ilə hədələyib.
Radikal müxalifətin təxminən 40 nəfər gənc nümayəndəsi 10 saylı Binəqədi Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinə gələrək, qeydiyyatda olmadıqları halda komissiya üzvlərindən onlara bülleten verilməsini tələb edib. Onlar nümayişkaranə şəkildə Cəmil Həsənlinin tərəfdarları olduqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info