İlham Əliyev ABŞ şirkətinin keçirdiyi “exit-poll”da birinci oldu
Tarix: 09.10.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini elan edib. Nəticələri şirkətin icraçı direktoru Corc Birnbaum açıqlayıb: İqbal Ağazadə - 1,6%, İlham Əliyev - 82,7%, Araz Əlizadə - 1,2%, Hafiz Hacıyev - 0,7%, Qüdrət Həsənquliyev - 1,7%, Cəmil Həsənli - 8,8%, İlyas İsmayılov - 0,9%, Fərəc Quliyev - 0,9%, Sərdar Cəlaloğlu - 0,6%, Zahid Oruc - 0,9%. C. Birnbaum “exit-poll”u “APA Holding”in dəvəti əsasında keçirdiklərini xatırladaraq fəal işə görə komandasına təşəkkür edib.
Nəticələrin açıqlandığı mətbuat konfransında “APA Holding“in prezidenti Vüsalə Mahirqızı da iştirak edib. AJF şirkəti “exit poll”u ölkə üzrə 835 məntəqədə 60 mindən çox respondentlə keçirib. Sorğuda nisbi xəta 0,4 faiz təşkil edir. Qeyd edək ki, “Arthur J.Finkelstein and Associates” şirkəti ABŞ-da 40 ildir siyasi konsaltinq və tədqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak ediblər, sorğular keçiriblər və strategiyalar hazırlayıblar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info