“ELS”-in “exit-poll”u: “İlham Əliyev 80.8 % faiz səs toplayıb”
Tarix: 09.10.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi seçki zamanı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. Tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində qurumun araşdırma tədqiqat qrupu tərəfindən həyata keçirilib.
1100 nəfər təşkil edən tədqiqat qrupuna layihənin koordinatoru; “exit-poll” tədqiqatı üzrə regional koordinatorlar; dairə koordinatorları; təlimçilər; supervayzerlər; intervüerlər; telefonçu operatorlar; kompyuter operatorları; texniki personal daxil olublar. Seçki məntəqələrinin seçimi sosiologiyada qəbul edilmiş və dünyanın bir çox ölkəsində tətbiq edilərək sınaqdan çıxmış riyazi proqrama əsasən aparılıb. Nəticədə seçimə düşən 400 məntəqə 68 seçki dairəsi və 61 rayonun ərazisini əhatə edib. Seçki günü hər məntəqənin çıxışında 2 sorğu aparan intervüer qutu, anketlər və tələb olunan ləvazimatla dayanıb və hər bir məntəqə üçün əvvəldən müəyyən edilmiş addıma əsasən səs verib, seçki məntəqəsindən çıxan seçicilərin seçimini apararaq onlara yaxınlaşıb sorğu anketini doldurmağı təklif ediblər. Bu zaman onlar anketin doldurulması qaydalarını izah edib, sorğunun anonimliyinin qorunması təminatını verib və sorğu anketinin respondent tərəfindən müstəqil heç bir kəsin müdaxiləsi olmadan doldurulmasına şərait yaradıblar. Anket doldurulduqdan sonra dörd qatlanaraq seçici tərəfindən qutuya atılıb. Toplanmış anketlər gün ərzində 4 dəfə: saat 10:00; 13:00; 16:00 və 19:00-da qutudan çıxarılmış, anketlərdə olan cavablar hesablanmış və Bakıda yerləşən qərargaha ötürülüb. Bu məqsədlə Bakı qərargahında məlumatın qəbulu üçün tərtib edilmiş və təlim keçmiş telefonçular və kompyuter operatorları qrupu fəaliyyət göstəriblər. Qəbul edilmiş məlumat dərhal operatorlar tərəfindən kompyuterə daxil edilmiş və işlənilib. Beləliklə, məlumatın gün ərzində müntəzəm ötürülməsi və dərhal işlənilməsi nəticəsində səsvermə bitən kimi namizədlərə verilən səslərin sayı əldə edilərək seçki məntəqələri bağlandıqdan sonra saat 19:30-da açıqlanmaq üçün hazır olub. Seçici fəallığı 72.3% təşkil edib.
“Exit-poll” tədqiqatının nəticələrinə görə, səslər namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb: Ağazadə İqbal Fehruz oğlu – 1.88 %, Əliyev İlham Heydər oğlu – 80.8 %, Əlizadə Araz Məmməd Mübariz oğlu – 0.72 %, Hacıyev Hafiz Ələmdar oğlu – 0.43 %, Həsənquliyev Qüdrət Müzəffər oğlu – 2.81%, Həsənli Cəmil Poladxan oğlu – 10.55 %, İsmayılov İlyas Abbas oğlu – 0.65 %, Quliyev Fərəc İbrahim oğlu – 0.88 %, Məmmədov Sərdar Calal oğlu – 0.63 %, Oruc Zahid Məhərrəm oğlu – 0.65 %.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info