Qərb-Resurs İctimai Birliyi müşahidələrin nəticələrini açıqlayıb
Tarix: 09.10.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (VCİD İB) prezident seçkiləri ilə bağlı keçirdikləri müşahidələrin nəticələrini açıqlayıb. Qərb-Resurs VCİD İB-in sədri Ramin Göyüşov müşahidələrin nəticələri barədə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində 450 nəfər gənc müşahidəçi hazırlanıb.
Məlumata görə, müşahidəçi komandasının hazırlanması və seçki prosesinin müşahidəsi Azərbaycanda fəaliyyət göstərən və seçki prosesinin monitorinqini aparan “SMDT” və “Demokratiyanı Öyrənmə” kimi təşkilatlarla birgə həyata keçirilib. R.Göyüşov qeyd edib ki, layihənin uğurlu keçirilməsi üçün Qərb-Resurs İB-nə texniki və təşkilati dəstək “Kamil Vətəndaş”, “İnkişaf-2006”, “Tələbə və Gənclər” İctimai Birliyi, hüquqi dəstək isə “Hüquq və İnkişaf “ İB tərəfindən göstərilib. Mətbuat konfransında bildirilib ki, müşahidəçilər 450 məntəqədə müşahidələr aparıblar. Birliyin sədri qeyd edib ki, müşahidəçilərin göndərdiyi məlumatlara, əsasən qeyd etmək olar ki, səsvermədə əhalinin və əsasən də gənclərin aktivliyi müşahidə olunub. Nəticələrə əsasən, seçkilərdə iştirak etmə 70-72 % təşkil edib.
Daha sonra gənclər tərəfindən müşahidə aparılan dairələrdə səsvermənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, İlham Əliyev 80,6 % səslə birinci olub.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info