Avropa Komissiyası Rusiyadan izahat istəyir
Tarix: 10.10.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası Rusiyadan Litvadan gələn yük maşınlarının sərhəddə gücləndirilmiş yoxlanılmasının səbəbini izah etməyi tələb edib. Bu barədə ticarət məsələləri üzrə Avropa komissarı Karel De Qüxt Avropa Parlamentinin sessiyasında deputatların suallarını cavablandırarkən bildirib.
“Litva hakimiyyəti Rusiyanın bu ilin sentyabrın 12-dən Litva mallarına nəzarəti sərtləşdirməsi barədə Komissiyanı məlumatlandırıb”- deyə o qeyd edib. Karel De Qüxt bildirib ki, Avropa Komissiyası məsələ ilə bağlı dərhal Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə və Federal Gömrük Xidmətinə məktub göndərib. Məktubda qeyd olunub ki, görülən tədbirlərin qanuniliyi və məqsədəuyğunluğu Brüsseldə böyük suallar doğurur: “Biz Rusiya hakimiyyətindən bu məhdudiyyətlərin səbəbini açıqlamağını xahiş etdik və onları ləğv etməyə çağırdıq. Sorğuya hələ də heç bir cavab verilməyib”. Onun sözlərinə görə, hazırda Avropa Komissiyası bu tədbirlərin Rusiyanın da üzv olduğu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) müddəalarına uyğunluğunu yoxlayır: “Bu mövzu, ÜTT razılaşmalarının pozulması faktı kimi, oktyabrın 18-də Cenevrədə keçiriləcək ÜTT-nin ticarət üzrə Şurasının növbəti iclasının gündəliyinə salınacaq”. Hesablamalara görə, Rusiyanın Litvadan gələn malların sərhəddə gücləndirilmiş yoxlaması səbəbindən Litva şirkətləri hər gün 2 mln. avro itirir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info