Əməkdar müəllim Nübar Qayıblı: “Şagirdlərin təhsilində geriləmə olmaması üçün atılan addımlara görə Prezidentə təşəkkürümü bildirirəm”
Tarix: 27.04.2020 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


“Mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll olunmasaydı xeyli sayda fiziki məhdudiyyətli insan köməksiz qalardı, aztəminatlı, ahıl yaşda olan tənha insanlar çətin vəziyyətə düşə bilərdi. Amma dövlət başçısının sosial siyasəti, diqqəti və qayğısı sayəsində bunlar yaşanmadı”

Bu günlərdə cəmiyyətimizin bütün təbəqələrini təmsil edən insanlar Prezidentə təşəkkür məktubları ünvanlayır, vətəndaş-dövlət həmrəyliyinin daha bir nümunəsini nümayiş etdirirlər. Bütün bunlar da təsadüfən yaranmır. Hazırda dünya əhalisini ciddi sınaq qarşısında qoyan koronavirus pandemiyası ilə uğurlu mübarizə aparan ölkələrdən biri də Azərbaycandır”. Bu fikirləri “Palitra”ya verdiyi açıqlamada Əməkdar müəllim, “Tərəqqi” medalı ilə təltif edilmiş Nübar Qayıblı bildirib. O dedi ki, bir ziyalı, uzun illərin təhsil təcrübəsinə malik müəllimə kimi Azərbaycan üçün strateji sahə sayılan təhsildə də axsamaların olmaması üçün Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən zamanında tədbirlərin görülməsini təqdir edir:

“Dövlətin gördüyü bu işləri alqışlayırıq, bir ziyalı olaraq bildirirəm ki, təhsil işçiləri bugünə qədər olduğu kimi yenə də Prezidentlə həmrəydir. Biz yaxşı təhsillə, sağlam gələcəyimizlə birlikdə də güclüyük! Bir daha təşəkkür edirəm cənab Prezident! Hər bir vətəndaşın yanında olduğunuzu bu ağır günlərdə atdığınız addımlar və gördüyünüz effektiv işlər vasitəsilə göstərdiniz...”

“Əlbəttə təhsil hər bir millətin gələcəyini müəyyənləşdirən əsas amildir. Təhsilsiz nəsil, gənclik gələcəyi olmayan xalq deməkdir. Ölkəmizdə təhsil sahəsində ciddi islahatlar aparılır, yeniliklər tətbiq edilir, tədris prosesləri müsbət istiqamətə dəyişdirilir, infrastruktur tam yenidən qurulur və yüzlərlə yeni müasir məktəblər tikilib istifadəyə verilir. Bütün bunları ona görə qeyd etdim ki, baxmayaraq ki, gözləmədiyimiz və alışmadığımız karantin rejimi tətbiq edildi, bu istiqamətdə də işlər dayandırılmadı, təhsilllə bağlı ən optimal varianlara üstünlük verildi. Distant təhsil və onlayn dərslərin əhəmiyyəti haqqında uzun-uzadı danışmayacağam, deyəcəyim əsas məsələ budur ki, on minlərlə şagirdin təhsilində geriləmə olmaması üçün dövlətin atdığı bütün addımlara görə Prezidentə təşəkkürümü bildirirəm! Hər kəsə bəllidir ki, koronavirusla mübarizə sahəsində bu günə qədər nəinki təhsil sahəsində, ümumilikdə bütün sferalarda atılan bütün addımlar düzgün istiqamətə yönəlib. Bunun nəticəsidir ki, Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. İzlədiyimiz xəbərlərdən, dünya ölklərinin rəsmilərinin açıqlamalarından belə qənaətə gəlmək olar ki, Azərbaycan bu ağır sınaqdan həqiqətən də üzüağ çıxır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstəliyin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Gətirmədi də. Amma ölkəmizdə görülən operativ tədbirlər sayəsində xəstələrin artan dinamikası çox qısa çəkdi və hər şey nəzarət altına alındı. Sosial dəstək tədbirlərinə gəldikdə isə bəlkə də bu cür dəstək tədbirləri olmasaydı indi vətəndaşlarımız acınacaqlı duruma düşərdilər. Çünki mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll olunmasaydı xeyli sayda fiziki məhdudiyyətli insan köməksiz qalardı, aztəminatlı, ahıl yaşda olan tənha insanlar çətin vəziyyətə düşə bilərdi. Amma dövlət başçısının sosial siyasəti, diqqəti və qayğısı sayəsində bunlar yaşanmadı. Məsələn, sosial dəstək tədbiri kimi əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılmasını, 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təmin olunmasını, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinin aparılmasını deyə bilərəm. Bildiyim qədəri ilə 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. 17 mindən çox ərzaq payının tənha və əlilliyi olan şəxslərə verilməsi də təqdir edilməlidir. 600 min şəxsə 190 manat birdəfəlik yardı ayrılması böyük sosial addımdır. Yəni, bütün bunları ona görə vurğuladım ki, hələ bu rəqəmlər sadə vətəndaşarın bildiyi, bizə bəlli olan tədbirlər və dəstək addımlarıdır. Dövlətin gördüyü bu işləri alqışlayırıq, bir ziyalı olaraq bildirirəm ki, təhsil işçiləri bu günə qədər olduğu kimi yenə də Prezidentlə həmrəydir. Biz yaxşı təhsillə, sağlam gələcəyimizlə birlikdə güclüyük! Bir daha təşəkkür edirəm cənab Prezident! Hər bir vətəndaşın yanında olduğunuzu bu ağır günlərdə atdığınız addımlar və gördüyünüz effektiv işlər vasitəsilə göstərdiniz...”

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info