Fərid Mansurov: “Vətəndaşlar azad və sərbəst şəkildə səs verdi”
Tarix: 10.10.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Prezident seçkilərində idmançılarımız aktiv iştirak ediblər. Güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev səsvermə hüququndan istifadə etdiyini bildirib: “Bəli, artıq öz namizədimi müəyyənləşdirib, 22 saylı Nəsimi ikinci seçki dairəsi, 30 saylı məntəqədə səs vermişəm.
Bu, ölkəmizin gələcəyi üçün lazımdır”. İndoneziyada bu yaxınlarda başa çatan İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Zülfüqar Süleymanov da səs verənlər arasındadır. Ağırlıqqaldıranımız yaşadığı Sumqayıt şəhərində hüququndan istifadə edib. Güləş Federasiyasının 31 yaşlı vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov seçkilərində səsvermə hüququndan istifadə etdiyini bildirib: “Ən layiqli namizədi dəstəklədim”. 14 saylı Xəzər seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verən Mansurov bildirib ki, fəallıq yüksək olub: “Sözün düzü, mən səsverməyə səhər yollanmışdım. Lakin məntəqədə həddən artıq insan olduğundan geri qayıdıb, hüququmdan istifadə etməyi günün ikinci yarısına saxladım. Amma artıq öz seçimimi etmişəm”. F.Mansurovun sözlərinə görə, səs verdiyi məntəqədə hansısa çatışmazlıqla rastlaşmayıb: “Hər şey qanun çərçivəsində idi. Hansısa qüsurla rastlaşmadım. Fəallıq yüksək olduğundan, sıxlıq da müşahidə olunurdu. İnsanlar öz növbəsini gözləyərək, sərbəst şəkildə, azad formada namizədlərinə səs verirdi”. Futbol üzrə milli komandamızın üzvləri də seçkidə iştirak edib. Yığmanın 30 nəfərdən ibarət futbolçu, məşqçi və inzibati heyəti 36 saylı Xətai dördüncü seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə səs verib. AFFA-nın baş katibi Elxan Məmmədov da səsini həmin məntəqədə komanda üzvləri ilə birgə verib. Milli komandanın baş məşqçisi Berti Foqts Almaniya vətəndaşı olduğundan yetirmələrinin səsvermə prosesini kənardan izləyib. Millinin kapitanı Rəşad Sadıqov açıqlamasında bildirib ki, ölkəmiz üçün önəmli gün yaşanıb və xalq öz prezidentini seçib: “Komandamız qarşıdakı oyunlara hazırlaşdığından məsləhət oldu ki, hamımız bir yerdə səs verək. Bununla bağlı AFFA rəhbərliyi Mərkəzi Seçki Komissiyasına müraciət etdi və müsbət cavab aldı. Gördüyünüz kimi, hər şey yaxşı təşkil olunub. Rahat gəlib öz səsimizi verdik. İnşallah, seçim xalqımız üçün uğurlu olar. Biz bir vətəndaş kimi borcumuzu yerinə yetirdik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info