Fransisko Rosales: “Seçkilər Azərbaycanda demokratiyanın inkişafının bariz nümunəsidir”
Tarix: 10.10.2013 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“COPAL 29 ölkədən 62 partiyanın üzvlərini özündə cəmləşdirir. Biz Azərbaycanda keçirilən prezident seçikiləri ilə yaxından maraqlanırıq. Səsvermə prosesini izləyirik”. Bu sözləri COPAL -ın baş katibi Joze Rivera Banuet deyib: “Apardığımız müşahidələr zamanı heç bir qanunsuz əmələ rast gəlməmişik.
Seçki prosesində yeni texnologiyalardan istifadə olunur. Barmaqlara xüsusi məhlulun vurulması səsvermənin düzgünlüyünü bir daha sübut edir. Beynəlxalq və yerli müşahidəçilərin səsvermə məntəqələrində yerləşdirilməsi çox yaxşı haldır. Burada müxtəlif partiyaların üzvləri əyləşirlər. Bu da seçkilərin demokratikliyindən və şəffaflığından xəbər verir”. COPAL-ın vitse-prezidenti Fransisko Rosales Argüello səsvermədə məxfiliyin tam şəkildə qorunduğunu qeyd edib: “Hər kəs rahatlıqla gizli şəkildə səs verir. Müxtəlif partiya müşahidəçilərinin seçki prosesini izləməsi səsvermənin şəffaflığından xəbər verir. Azərbaycanda demokratiya günü-gündən inkişaf edir. Bu gün müşahidə etdiyimiz seçkilər də bunun bariz nümunəsidir”. Almaniya Bundestaqının üzvü Doris Barnet isə qeyd edib ki, Azərbaycandan fərqli olaraq Almaniyada seçicilərin barmaqlarına silinməyən mürəkkəb vurmurlar: “Biz seçkilərin təşkili prosesindən çox razıyıq. Seçicilər səsvermədə fəal iştirak edirlər və biz çox şadıq ki, insanlar səsvermə hüquqlarından istifadə edirlər”.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
16.09.2019
Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info