Məzahir Pənahov: “Azərbaycan ictimaiyyəti prezident seçkilərində fəal iştirak edir”
Tarix: 10.10.2013 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Seçkilərə kölgə salmaq məqsədi ilə bəzi məntəqələrdə təxribat
xarakterli hallar da yaşanıb”


“Azərbaycan ictimaiyyəti prezident seçkilərində çox fəal iştirak edir”. Bu sözləri dünən günorta saatlarında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İnformasiya Mərkəzində prezident seçkilərində səsvermənin gedişatına həsr olunmuş mətbuat konfransında deyib. Seçkilərdə ümumi dinamikanı müsbət qiymətləndirən MSK sədri bildirib ki, əldə olunan məlumatlar və göstəricilər seçicilərin bu prosesdə fəal iştirak etdiklərini göstərir:

“Bu, əlbəttə ki, sevindirici haldır. Bütün ölkə üzrə seçicilərin fəallığı və seçki komissiyaları üzvlərinin peşəkarlığı yüksək qiymətləndirilir. Beynəlxalq müşahidəçilərin, eləcə də MDB dövlətlərinin, Slovakiya, Bolqarıstanın və digər ölkələrin MSK sədrlərinin və müşahidəçilərinin ölkəmizdəki prezident seçkilərinin təşkili və gedişatı barədə rəyləri də sevindiricidir. Onlar seçki prosesinin işıqlandırılmasında KİV-lərin fəallığını da müsbət dəyərləndiriblər. Beynəlxalq müşahidəçilərin də ümumi rəyi müsbətdir”.

“Sosial şəbəkələrin imkanlarından istifadə edib, ölkəyə ziyan vurmaq - təxribat etmək əxlaqsızlıqdır”

M.Pənahov deyib ki, ancaq bunlarla yanaşı, seçkilərə kölgə salmaq məqsədi ilə bəzi məntəqələrdə təxribat xarakterli hallar da yaşanıb: “Azadlıq qəzeti”nin əməkdaşı Cəbrayıl seçki dairəsi üzrə seçicilərin məntəqəyə girməsinin qarşısını almağa cəhd göstərib, Ağdaşda bir nəfər KİV nümayəndəsi saxta sənəd təqdim edib, eləcə də Cəlilabadda bir nəfər 10 ədəd bülleten götürərək qaçıb, Zərdabda AXCP rayon təşkilatı sədri seçicilərin etirazına baxmayaraq, çəkiliş aparmaq istəyib, onları təhqir edib və s. Qeyd etdiyim və etmədiyim digər yerlərdə münaqişə yaradılmasına təhrik edən addımlar atılır. Lakin bir faktı da qeyd etmək lazımdır ki, səsvermə zamanı seçicilərdən kiminsə başqa birinin yerinə səs verməsi kimi pozuntulara rast gəlinmir”. MSK sədri bildirib ki, bütün faktlar araşdırılacaq: “Cəlilabadda bülleteni götürərək qaçan şəxs axtarışdadır. Zərdabdakı hadisəyə gəlincə isə məntəqələrdə çəkiliş aparılması üçün lazımi şərait yaradılıb. Əgər seçici özünün çəkilməsini istəmirsə, bu, onun konstitusion hüququdur və ona qarşı çıxa bilmərik. Bunu başqa cür qələmə vermək, seçicini təhqir etmək lazım deyil. Təxribat xarakterli bu cür hadisələrin ölkənin bütün coğrafiyasını əhatə etməsi, siqnal gələn məntəqələrdə eyni mahiyyətli hərəkətlərin təkrarlanması, onu göstərir ki, bütün bunlar qabaqcadan düşünülmüş şəkildə, eyni ssenari üzrə gedir”. M.Pənahov deyib ki, hər hansı təxribat xarakterli məlumatların yayılması seçki prosesinə xələl gətirə bilməz: “Sosial şəbəkələrin imkanlarından istifadə edib, ölkəyə ziyan vurmaq - təxribat etmək əxlaqsızlıqdır. Bu cür hallar işimizə kölgə sala bilməz. Kimsə bilərəkdən və ya bilməyərəkdən təxribat xarakterli addımlar atırsa, ona xəbərdarlıq edilməlidir. Ümumiyyətlə isə günahkar cəzasını çəkməlidir. Ağlı başında olan insan öz ölkəsinə xidmət edər. Bu cür insanların siyasi iddiasını başa düşə bilmirəm. Azərbaycan müstəqil ölkədir və xalqın rəyinin ortaya qoyulması istiqamətində iş aparılırsa, normal insan prosesin qanuni şəkildə getməsinin tərəfdarı olmalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info