Gəncədəki müşahidəçilər seçkilərin gedişindən razıdırlar
Tarix: 10.10.2013 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Gəncədə prezident seçkiləri seçicilərin fəallığı şəraitində keçib. Şəhərdə 4 seçki dairəsi üzrə yaradılmış 107 məntəqənin hamısının qarşısında izdiham yaşanıb. Səs verənlər məntəqələri razılıq hissi ilə tərk ediblər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir.37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin 24 saylı məntəqəsində 1234 seçici qeydə alınıb. Məntəqədə veb-kamera qoyulması seçki prosesini izləmək üçün geniş imkanlar açılıb.
Müşahidəçilər üçün rahat şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, müxtəlif partiya və qurumlardan olan müşahidəçilər seçkinin gedişindən razılıqlarını bildiriblər. Müsavat partiyasının müşahidəçisi Vidadi Bağırov deyib ki, seçkilər şəffaf və ədalətli keçir: “Heç kimə təzyiq göstərilmir və bu, seçicilərə geniş sərbəstlik verir. İndiyədək elə bir qanun pozuntusu qeydə alınmayıb”. Məntəqədə bir müddət müşahidə aparan ATƏT nümayəndələri Lubika Bindero Boronfrabt Petra Mario da fikirlərini açıqlayıblar. Onlar prezident seçkilərinin beynəlxalq standartlara cavab verdiyini, Azərbaycan qanunlarına müvafiq keçirildiyini bildirib, öz razılıqlarını ifadə ediblər. 38 saylı Nizami ikinci və 40 saylı Kəpəz ikinci seçki dairələrinin məntəqələrində də seçki prosesi seçicilərin yüksək fəallığı ilə müşayiət olunub. Burada da müxtəlif partiyaların müşahidəçiləri seçkilərin azad və şəffaf keçirilməsindən razılıqla danışıblar. Məntəqələrdə müşahidə aparan Bütöv Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Vurğun Hüseynov, müstəqil müşahidəçi Elçin Seyidov qeyd ediblər ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. Bütün seçicilər üçün sərbəst səsvermə şəraiti yaradılıb. Ümumiyyətlə, Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrində əsl seçici fəallığı müşahidə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info