Xaricdəki vətəndaşlarımız yüksək fəallıq nümayiş etdirib
Tarix: 10.10.2013 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ukraynadakı səfirliyində hər bir Azərbaycan vətəndaşına öz seçimlərini etmələri üçün geniş imkanlar yaradılıb. Seçkilərin azad və demokratik keçirilməsi üçün möhürlənmiş şəffaf qutular yerli və xarici müşahidəçilərin iştirakı ilə seçicilərin ixtiyarına verilib. Ukraynanın Sumı, Donetsk, Kiyev, Xarkov və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr isə xüsusi avtobuslarla Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini ediblər.
Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli seçkilərdə fəallıq göstərən soydaşlarımıza, xüsusən də gənclərə minnətdarlığını bildirib. Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cür şərait yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib. Səsvermədə iştirak edən Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov, "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov, seçicilərdən Bədəl Piriyev və digər soydaşlarımız seçkilərin dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada da yüksək səviyyədə təşkil olunduğunu, azad və sərbəst şəkildə hər bir kəsin öz istədiyi namizədə səs verdiyini vurğulayıblar. Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzlərlə gəncin Kiyev şəhərinə gələrək seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiklərini bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu mütəşəkkilliyi dünya Azərbaycan gəncliyinin qüdrətli dövlətimizə sədaqətinin, ölkəmizi və xalqımızı xoş və inamlı gələcəyə aparan cənab İlham Əliyevə olan sonsuz etibarın məntiqi nəticəsi kimi dəyərləndirib. Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi Ukrayna KİV-nin də diqqət mərkəzində olub. Belə ki, gün ərzində Azərbaycanda keçirilən prezident seçkiləri haqqında dəqiq və ətraflı məlumat verən Ukraynanın bir sıra televiziya kanalları Azərbaycanda keçirilən budəfəki seçkiləri də demokratiyanın bariz nümunəsi kimi qiymətləndiriblər. Türkiyənin İstanbul şəhəri və paytaxt Ankarada yaradılmış seçki məntəqələrində səsvermə yüksək fəallıq şəraitində və heç bir qanun pozuntusu olmadan, şəffaf şəkildə keçib.
Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda təşkil edilmiş seçki məntəqəsində 856 və Ankaradakı seçki məntəqəsində 636 seçici səsvermədə iştirak edib. Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğunda seçki məntəqəsi fəaliyyət göstərib.
Məntəqə komissiyasından verilən məlumata görə, yerli vaxtla saat 15-dək səsvermədə 63 seçici iştirak edib. Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində yaradılan məntəqədə yerli vaxtla saat 19:00-da səsvermə prosesi başa çatıb. Məntəqə seçki komissiyasından bildiriblər ki, gün ərzində adları seçici siyahısında olan 278 seçicidən 267-si səsvermədə iştirak edib. Bu da 96 faiz deməkdir. Səsvermənin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, Çində yaşayan Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Koreya Respublikası, Malayziya və Vyetnamdakı səfirliklərimizin bir sıra əməkdaşları da həmin seçki məntəqəsində səs veriblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info