“Danışıqların formatı və gündəliyi dəyişilməzdir”
Tarix: 30.04.2020 | Saat: 18:29:00 | E-mail | Çapa göndər



“Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməli, o cümlədən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmalıdır”


“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq”


Aİ-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin cari vəziyyəti barədə məlumatlandırılıb
Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi aparıb, bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər. Nazir E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans şəklində baş tutmuş görüşü barədə məlumat verib, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının, məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.


“Qarabağın erməni icması azərbaycanlılarla birgə yaşamaqda maraqlıdır”

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır. Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyev deyib. O qeyd edib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər. Heç kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının aşağılanmasına yönəlik faktlar (pandemiya dövründə “seçki” şousunun keçirilməsi və s.) mövcuddur və bu hal indi də davam etməkdədir. Amma Ermənistan öz daxilindəki bütün problemlərdən sadə vətəndaşların diqqətini yayındırmaq üçün daim Azərbaycan ərazilərinin işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı problemləri həll etmək əvəzinə, torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat xarakterli addımlar atır və bəyanatlar səsləndirir. Faktlar isə onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması özlərinin bütün bu oyunların qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq, mən, erməni icmasının diqqətinə çatdırmaq istəyirəm ki, onların bizə göndərdikləri müraciətlərin anonimliyi həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə sülhün bərpası üçün daim səy göstərir və bu prosesdə bizə dəstək olan bütün erməni icmasının nümayəndələrinin fəaliyyətimizə dəstəyini qiymətləndiririk. Xankəndi şəhərinin deputatı olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan hər iki icmanın bütün hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə, ən yüksək səviyyədə qorunacaq” -deyə Tural Gəncəliyev vurğulayıb.

“Ermənistan mətbuatında Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır”
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir. Bunu “Palitra”nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Belə ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info