“Bu öz texniki imkanlarına görə ən mükəmməl seçki idi”
Tarix: 10.10.2013 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
“Palitra”nın məlumatına görə, tədbirdə çıxış edən TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onlar bir hissəsi işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar.
X.Akıncı söyləyib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil edib: “Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub. Bəzi məntəqələrdə “exit-poll” keçirilməsi ilə rastlaşdıq. Amma “exit-poll” bütün məntəqələri əhatə etmirdi. Bəzi məntəqələrdə tibb xidmətlərini hazır vəziyyətdə gördük. Ümumilikdə deyə bilərəm ki, izlədiyimiz bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan prezidentini təbrik edirik».
Mətbuat konfransında çıxış edən TÜRKKON nümayəndələri qeyd ediblər ki, səhər saatlarında səsverməyə qatılım 45-50% civarında olub. Müşahidə missiyası dairə və məntəqə seçki komissiyalarının üzvləri və seçicilərlə görüşüb, onların fikirlərini öyrəniblər. Seçki zamanı problemlər qeydə alınmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info