Fransa senatının üzvü seçkilərdən məmnun qalıb
Tarix: 10.10.2013 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
N. Qule bildirib ki, nümayəndə heyətində Fransa Senatının 5 üzvü təmsil olunur. Nümayəndə heyəti seçkiləri Quba rayonunda müşahidə edib: “Biz iki qrup halında seçkiləri müşahidə etdik. Baxış keçirdiyimiz yerlərdə qeyri-adi və neqativ hallarla rastlaşmadıq”.
2003-cü ildə Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etdiyini deyən N. Qule vurğulayıb ki, Azərbaycanı yaxşı tanıdığını deyib: “Mən 10 il ərzində Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişafı müşahidə edirəm. Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər. Amma biz müşahidələrimiz zamanı şəxsən belə faktlarla rastlaşmadıq”.
Missiya üzvü, senator Mohamed-Soilihi isə bildirib ki, seçkilər qanuna və normalara uyğun keçirilib: “Mən seçkinin gedişatında öz ölkəmdə keçirilən seçkilərlə heç bir fərq görmədim. Bir fərq istisna olunmaqla, mən öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm”.
Senat üzvü Jan-Kloud Peroni qeyd edib ki, onlar normal keçən seçkiləri müşahidə ediblər. Onun sözlərinə görə, seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin yaxşılaşdığını deməyə əsas verir: “Biz Qubanın uzaq dağlıq kəndlərindəki seçki məntəqələrinə də baş çəkdik. Orada bütün namizədlərin müşahidəçiləri ilə rastlaşdıq. Onlar hər hansı bir neqativ halların aşkarlanmadığını bildirdilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info