Bakıda müştərinin telefonu partladı
Tarix: 01.05.2020 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Bir çox insanın hər gün rabitə vasitəsi kimi işlətdiyi cibindəki təhlükədən xəbəri yoxdur. Söhbət mobil telefondan gedir.

Xezerxeber xəbər verir ki, indi təqdim edəcəyimiz görüntüdən sonra əminik ki, çoxu bunun ciddiliyini nəzərə alacaq və belə məsələdə daha həssas olacaq.
Bakıda telefonunu təmir məqsədi ilə ustaya aparan şəxsin mobil cihazı qəfildən partlayıb, ardından isə yanıb. Telefon mütəxəssisləri bununla bağlı insanlara bir çox vacib tövsiyələr verirlər.
Müştəri mobil telefonunu ustaya gətirərək təmir etdirir.

Telefonun batareyasında problem olduğundan usta onu elə müştərinin gözü önündə açır. Amma gözlənilməz halda telefon əvvəlcə partlayır, ardından isə alışaraq yanır.

Bütün olanlar mağazadakı təhlükəsizlik kamerasına da düşüb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki telefon təmiri yerlərindən birində baş verib.

Telefonunun partladığını görən müştəri cəld tərpənərək xəsarət almaqdan yayınır. Usta da elə onun kimi özünü kənara çəkərək üzünü yanğından qoruyur. Məlumata görə, həmin telefonun batareyasının istifadə müddəti bitdiyi üçün onda şiş əmələ gəlib və partlayış da bu səbəbdən olub.

Mütəxəssis deyir ki, telefonun batareyasında problem olarkən onu mütləq ustaya dəyişdirmək lazımdır. Bəzi sadə telefonların batareya hissəsi asan açıldığıdan insanlar özləri dəyişməyə üstünlük verirlər. Belə olduqda da xoşagəlməz hadisə qaçılmaz ola bilər.

Qeyd edək ki, bəzən telefonu uzun müddət elektriklə dolduruqda, daha doğurusu saatlarla belə saxladıqda da batareya sıradan çıxır. Telefon mütəxəssisi Seymur Yusibov onu da bildirdi ki, hər kəs cibində daşıdığı bu təhlükənin ciddiliyini nəzərə almalı və hər il ustada yoxlatmalıdır.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info