Xəlil Akınçı: “Bu seçki Azərbaycan tarixində ən yaxşı seçki idi”
Tarix: 10.10.2013 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


“Prezident seçkiləri yüksək səviyyədə, ifadə azadlığının təmin olunduğu dinc şəkildə keçirildi”
“Azərbaycanda təşkil olunan prezident seçkiləri yüksək səviyyədə, ifadə azadlığının təmin olunduğu dinc şəkildə keçirilib”. Bu sözləri prezident seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının seçki müşahidə missiyası adından çıxış edən Xəlil Akınçı deyib. X.Akınçı qeyd edib ki, 11 nəfərdən ibarət heyətlə seçkiləri müşahidə ediblər: “Ağdamda 8 məntəqədə müşahidələr apardıq. Seçkilərə hazırlıq və səsvermə prosesi yüksək səviyyədə həyata keçirilib, məntəqə üzvləri suallarımıza həvəslə cavab verib və hər hansı bir polis təzyiqinə və digər hallara rast gəlinməyib. Yerli müşahidəçilərin fəaliyyəti üçün də istənilən şərait yaradılmışdı. Məntəqə üzvləri arasında qadınların çoxluq təşkil etməsi də yüksək qiymətləndirilir. Səsvermə zamanı hər hansı bir şikayətə rast gəlinmədi. Bu seçki Azərbaycan tarixində həm də texniki cəhətdən yüksək səviyyədə təşkil olunmuş ən yaxşı seçkidir. Uğurlu seçkilər münasibətilə Azərbaycan xalqını, MSK-nı, Prezident İlham Əliyevi isə inamlı qələbəsi münasibətilə təbrik edirik”. Qrupun digər üzvləri isə çıxışlarında vurğulayıblar ki, səsvermə prosesini seçkiyə qatılan bütün partiyaların nümayəndələri izləyirdilər. Seçicilər onlara ünvanlanan suallara da həvəslə cavab veriblər. Ümumiyyətlə seçkilər uğurla keçib.





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info