MSK: “İlham Əliyev 84,59 faiz səslə irəlidədir”
Tarix: 10.10.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Rəsmi nəticələr təsdiq üçün 10 gün müddətində Konstitusiya Məhkəməsinə göndəriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.
M. Pənahov prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün ilkin nəticələrini açıqlayıb. O, əvvəlcə deyib ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,1 faiz təşkil edib. M. Pənahov qeyd edib ki, hələlik məntəqələrin hamısından protokolları almaq mümkün olmayıb: “Bu da köçkünlərin məskunlaşdığı məntəqələrlə bağlıdır. 70-dən artıq rayonda köçkünlərimiz məskunlaşıb. Bir dairənin nəticələrini toplamaq üçün çoxlu sayda məntəqənin protokolları yığılmalıdır. Amma telefonla əlaqə saxlanılır. 26 köçkün məntəqəsindən məlum səbəblərdən protokollar çatdırıla bilməyib”.
M. Pənahov deyib ki, 5 466 seçki məntəqəsindən daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən irəlidədir. İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.
Digər namizədlərin səsləri isə belədir:
Cəmil Həsənli - 5,54% (204 209 səs)
İqbal Ağazadə 2,38% (87 847 səs)
Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)
Zahid Oruc - 1,4% (53 352 səs)
İlyas İsmayılov - 1,09% (39 319 səs)
Araz Əlizadə - 0,86% (31 153 səs)
Fərəc Quliyev - 0,86% (31 570 səs)
Hafiz Hacıyev - 0,66% (24 254 səs)
Sərdar Məmmədov - 0,61% (22 568 səs)
M. Pənahov bildirib ki, İlham Əliyev böyük fərqlə liderdir: “Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası rəsmi qərar çıxaracaq. Rəsmi nəticələr isə təsdiq üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək. MSK sədri Prezident İlham Əliyevi seçkidə lider olması ilə bağlı təmsil etdiyi qurum adından təbrik edib. O, 125 dairənin yaxın iki gün ərzində protokollarının toplanacağını və ümumiləşdirilmiş rəqəmlərin cədvəl şəklində açıqlanacağını da bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info