Avropa Parlamenti və AŞPA müşahidəçiləri: “Azad, ədalətli və şəffaf seçki müşahidə etmişik”
Tarix: 10.10.2013 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


“Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökumətinin çox sayda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir”. Prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə Avropa Parlamenti və AŞPA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlaçi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞPA və Aİ nümayəndə heyətləri Azərbaycan hökuməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik. "Onun sözlərinə görə, seçki günündən öncə və seçki günü seçki prosesləri dinc həyata keçirilib: "Azərbaycan hokumətinin texniki hazırlığını görməkdən məmnunuq. Səsvermə günü seçki məntəqələrində seçicilərə təzyiq müşahidə etmədik. Seçki qanunvericiliyə uyğun olaraq polis nümayəndələri seçki məntəqələrində olmayıb. Buna baxmayaraq, seçki çərçivəsində müəyyən təkmilləşmələr aparmaq yaxşı olar. Əvvəlki seçkilərlə müqayisədə daha azad debatlar keçirilib. Müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan pəncərəsi açılıb. Bu gələcəkdə inkişaf etdirilməlidir. Bu seçki prosesi bir baslanğıcdir. Biz Azərbaycan hökumətini demokratiyaya dogru aparan yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq". Pino Arlaçi bildirib ki, ölkə ərazisində seçki məntəqələrində, seçki komissiyalarında çoxlu sayda qadın gorduk. Bu, gender bərabərliyi üçün önəmli faktordur. Pino Arlaçi deyib ki, seçicilərin böyük əksəriyyəti bir namizədə - İlham Əliyevə səs verdi və nəticələrə təsir edə biləcək ciddi pozuntular qeydə alınmadı. O qeyd edib ki, Avropa Parlamenti seçkiləri irəliyə atılan addım kimi qiymətləndirir: "Biz prosesi müsahidə etmək və Azərbaycanın demokratikləşmə prosesinə kömək etməyə gəlmişik. Bu demokratikləşmə prosesi artıq baş verib". Pino Arlaçinin sözlərinə görə, seçkilərdə bülletenlərin seçki qutusuna atılması və digər pozuntularla bağlı informasiyalar təsdiqini tapmayıb. Mətbuat konfransında AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter bildirib ki, Azərbaycanda məcburi köçkünlərin olmasından xəbərdardırlar: "Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Azərbaycan hökuməti məcburi köçkünlərin və qaçqınların səsvermədə iştirakı üçün hər bir şərait yaradıb". R.Uolter məğlub olan namizədlərin seçkinin nəticələrini qəbul edib-etməməsini onların öz işi hesab edir. Yekun hesabatlar hər iki təşkilat tərəfindən gələcək həftələrdə çap olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info