Prezidentin qələbəsi Türkiyə mediasında
Tarix: 10.10.2013 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. “Hürriyət” qəzeti “Əliyevdən böyük zəfər” başlıqlı xəbərində yazır ki, Azərbaycan Prezidentinin bu seçkilərdə ciddi rəqibi yox idi. Xəbərdə “milli şura” adlanan qurumun namizədi isə dırnaq arasında “ciddi” kimi səciyyələndirilib. “Zaman” qəzetində dərc olunmuş “Əliyev üçüncü dəfə prezident seçildi” başlıqlı yazıda bildirilir ki, İlham Əliyev böyük fərqlə inamlı qələbə qazanıb. Onu ilk təbrik edən lider isə Türkiyə Prezidenti Abdullah Gül olub. “Yeni Şafak” qəzeti “Azərbaycan Əliyevə davam dedi” başlıqlı məqaləsində Prezident İlham Əliyevin seçkilərdə bir daha inamlı qələbə qazanmasını onun uğurlu iqtisadi və sosial siyasəti ilə əlaqələndirib. Müəllif qeyd edir ki, Azərbaycan xalqı sabit gələcəyə və rifaha səs verib. “Star” qəzeti isə Azərbaycan Prezidentinin növbəti seçkilərdə inamlı qələbəsindən bəhs edən xəbəri “Lider Əliyev” başlığı ilə verib. Xəbərdə YAP-ın icra katibi Əli Əhmədova istinadla bildirilir ki, məhz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəyə maraq artıb. İndi Azərbaycan bütün dünyada sürətlə inkişaf edən bir türk dövləti kimi tanınır. Türkiyənin TRT, CNN-Türk, NTV, Kanal-24, “Haber Türk” və digər televiziya kanalları xəbər proqramlarında Prezident İlham Əliyevin seçkilərdə qələbəsindən bəhs edən süjetlər yayımlayıblar. Bu xəbərlərdə Türkiyə Prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısını təbrik etmələri xüsusi vurğulanıb. Prezident İlham Əliyevin seçki zəfəri rəsmi “Anadolu” Agentliyi , “Doğan”, “İhlas” və “Cihan” xəbər agentlikləri tərəfindən də geniş şəkildə işıqlandırılıb. Bu xəbərlərdə Yeni Azərbaycan Partiyasının qələbə münasibətilə keçirdiyi tədbirlərə də yer ayrılır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info