İtaliya Senatının üzvləri: “Seçkilərə əhali axını böyük idi”
Tarix: 10.10.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Prezident seçkilərini müşahidə etmiş İtaliya Senatının üzvlərindən ibarət müşahidəçilər qrupu mətbuat konfransı keçirib. Qrupun rəhbəri Sergio Divina bildirib ki, onlar Bakı və Sumqayıtda 8 seçki məntəqəsində olublar: “Müşahidələr zamanı gördük ki, seçkilərə əhali axını böyükdür. İnsanlar demokratik ölkə qurmaq istəyindədirlər. Təəccübümüzə səbəb olan digər fakt isə həm məntəqə komissiyalarının işçiləri, həm də müşahidəçilər arasında qadınların çox olmasıdır. Bəzi məntəqələrdə seçicilərin sayına görə kiçik olmasına baxmayaraq, işlər sürətlə və nizamlı şəkildə həyata keçirilirdi”. İtaliyalı senator seçki məntəqələrində yaradılmış şəraiti məqbul hesab etdiklərini vurğulayıb. S.Divina və nümayəndə heyətində təmsil olunan digər senatorlar seçkilərin azad və şəffaf keçirildiyini bəyan ediblər. Müşahidə prosesi çərçivəsində seçicilərlə və müşahidəçilərlə görüşüb söhbət apardıqlarını deyən italiyalı müşahidəçilər seçkilərin şəffaf və normal keçdiyini söyləyiblər.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info