MSK yekun nəticələri açıqladı: “İlham Əliyev 84,55 faiz səs toplayıb”
Tarix: 10.10.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün yekun nəticələrini açıqlayıb. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, MSK-nın 5492 seçki məntəqəsinin hamısından ilkin məlumatlar Mərkəzi Seçki Komissiyasına elektron variantda daxil olub və qurumun veb-səhifəsində yerləşdirilib.
Seçki məntəqələrinin hamısından daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən liderliyini qoruyur. Belə ki, İlham Əliyev 84,55 faizlə (3 126 612 səs) öndə gedir.
Digər namizədlərin səsləri isə belədir:
Cəmil Həsənli - 5,53% (204 635 səs)
İqbal Ağazadə 2,40% (88 667 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)
Zahid Oruc - 1,45% (53 717 səs)
İlyas İsmayılov - 1,07% (39 641 səs)
Araz Əlizadə - 0,87% (32 065 səs)
Fərəc Quliyev - 0,86% (31 774 səs)
Hafiz Hacıyev - 0,66% (24 459 səs)
Sərdar Məmmədov - 0,61% (22 728 səs)
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,1 faiz təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info