Ürək xəstələri Covid-19-un təsirindən necə qorunmalıdırlar?
Tarix: 04.05.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bəşəriyyət Covid-19 adlı dəhşətli fəlakətlə üz-üzə qalıb. Geniş yayılmış koronavirus pandemiyanın təsiri bütün ölkələrin sosial-iqtisadi həyatında da dərin izlər buraxır. Çox təəssüf ki, bu fəlakət bizim ölkədən də yan keçməyib. Azərbaycanda sosial izolyasiya tədbirlərinin vaxtında görülməsi və karantin qaydalarının tələblərinə ciddi şəkildə əməl olunması üçün dövlətimizin atdığı addımlar hər birimizdən ayıq olmağı tələb edir. Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Məlumdur ki, bu infeksiya daha çox yaşlı və xəstə insanlara təsir edir. Ürək xəstəlikləri olan insanlar koronavirusdan necə qorunmalıdırlar? Bu və digər suallar ətrafında Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayev öz məsləhətlərini bölüşüb.
-Koronavirus xəstəliyi virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan hava-damcı yolu ilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Gigiyenik və karantin qaydalarına ciddi riayət etməklə bu virusla mübarizə aparmaq mümkündür. Maskadan, üz sipərlərindən istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, ən azı 2 m. məsafənin saxlanılması üsulları ilə bütün dünyada koronavirusla mübarizə aparılır.
Yeni tip koronavirus əsasən aşağı tənəffüs yollarını yoluxdurur və ağır hallarda sətəlcəm və ağır tənəffüs çatışmazlığı yaradır. Qeyd edək ki, ürəyin zədəlnməsi ilə olan hallar da az deyil. Covid-19 xüsusi ACE-2 reseptorlara birləşib bədənə daxil olur. Bu reseptorlar ürək əzələlərin də yerləşir. Risk qrupuna əsasən yaşlılar, ürək catışmazlığından əziyyət çəkən, yüksək təzyiqi olan, ürəyin işemik xəstəliyi olan insanlar da daxildir. Covid-19 infeksiyasının ürək damar sisteminə təsiri-əsas miokardit - ürək əzələsinin iltihabi zədələnməsidir. Bu zaman aritmiyalar venoz trombozu kimi birbaşa və ya dolayısıyla ağırlaşmalar yarada bilir.
Ürək xəstələrirə məsləhət edirəm ki, təcili hal olmadan evi tərk etməsinlər, kütləvi yerlərdən uzaq dayanmağa çalışsınlar, gündəlik dərmanların qəbulunu davam etsinlər, lazım olarsa müalicə həkimi əlaqə yaratsınlar. Epidemioloji durum tam sabit olana qədər bütün sanitar-gigiyenik normalara ciddi əməl etsinlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info