Seyid Əzim Şirvani haqqında vikipediyada özbək dilində bölmə yaradılıb
Tarix: 04.05.2020 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və rus dillərində olan bölmələr zənginləşdirilib.
Yaradılan bölmələrdə dahi şairin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, əsərləri, şeirləri, təmsilləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri, rübailəri haqqında məlumatlar yer alır, onun barəsində maraqlı faktlar işıqlandırılır. Bölmədə habelə onun haqqında deyilən fikirlər öz əksini tapır. Seyid Əzim Şirvani öz yaradıcılığnda maarifçilik ideyalarını yayaraq elmin və təhsilin səmərəsini, məktəb və tərbiyə məsələlərini, pedaqoji fəaliyyəti ardıcıl təbliğ edib, Azərbaycan uşaq ədəbiyyatı üçün olduqca maraqlı əsərlər yaradıb. Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşan Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutur, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info